Cümə, 26 Aprel

“Müharibə başlasa, Ermənistan üçün ağır nəticələri ola bilər”

image

Baş nazir Nikol Paşinyan son günlər özünün Twitter mikrobloqunda vaxtaşırı diqqəti “sərhəddə yaranmış vəziyyətə və prezident İlham Əliyevin təhdidli bəyanatlarına” çəkir.

O bundan əvvəl Azərbaycanı Qarabağ ermənilərinin soyqırımına cəhd göstərməkdə ittiham etmişdi. Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryansa bidlirib ki, Azərbaycan tərəfindən vaxtaşırı səsləndirilən təhdidlər, Ermənistanın atəşkəsin pozulmasında ittiham olunması vəziyyəti gərginləşirmək və hərbi hərəkətlərə başlamaq niyyətindən xəbər verir:

“Hazırkı anda Azərbaycanın Ermənistana qarşı hərbi təxribat həyata keçirməsinin təhlükəsi mövcuddur. Biz bu kontesktdə işimizi davam etdirir və imkanlarımızı gücləndirir, habelə belə bir eskalasiyanın baş verməməsi üçün beynəlxalq birliklə işləyirik”.

Lakin Qriqoryanın fikrincə Azərbaycanın cilovlanması üçün təkcə beynəlxalq mexanizmlər kafi deyil. Qriqoryan bildirib ki, 13 sentyabr hücumu zamanı Ermənistanın cavabı və işə beynəlxalq birliyin qarışması hücumun dayandırımasına imkan vermişdi:

“Beynəlxalq mexanizm təklikdə işləmir. Biz imkanlarımızı artırmalı, ordumuzu islah etməli və bu mənada Azərbaycanın Ermənistan və Dağlıq Qarabağa qarşı növbəti təxribatlarının önlənməsi üçün mexanizm komponentləri yaratmalıyıq”.

Ötən həftə Ermənistanın keçmiş ombudsmeni Arman Tatoyan rəhbərlik etdiyi fondun hesabatını açqılamışdı. O demişdi ki, Azərbaycan Ermənistanın suveren ərazisini tərk etmək niyyətində deyil və üstəlik Azərbaycan silahlı qüvvələri Ermənistan ərazisində yollar və hətta bunkerlər tikir.

Azatutyun yazır ki, Ermənistan Milli Məclisi müdafiə komissiyasının sədr müavini Armen Xaçatryan Tatoyanın dediklərini təkzib etməyib və bildirib ki, onun dediklərində təzə heç nə yoxdur: “Bəli biz və siz hamınız bilirsiniz ki, bu belədir. Əlbəttə, Azərbaycan ordusu Ermənistanın suveren ərazisindədir. Bu ordu yatmır, fortifikasiya işləri görür, səngərlər qazır və sair”.

“Ermənistan silahlı qüvvələri yol və bunkerlərin tikintisinə niyə mane olmur” sualına cavab verən Xaçatryan belə cavab verib: “Bu dəfə lap aydın şəkildə deməliyəm ki, siz bu sualı bir daha verməyəsiniz. İndiki situasiyada, bizim qüvvə balansımızla hərbi əməliyyatlara başlamaq? Biz əlbəttə, lokal uğur qazana bilərik, amma tammiqyaslı müharibə başlansa...düşünürəm ki, bu sualı vermək yersizdir”.

İqtidar deputatı “əgər Ermənistan yol və bunkerlərin tikintisinə mane olsa, tammiqyaslı müharibə başlana bilərmi” sualına da cavab verməli olub: “Əlbəttə, bəli. Üstəlik də Azərbaycan hər şeyə əl atır, təxribat törədir ki, sülh prosesi pozulsun. İndiki halda tammiqyaslı hərbi əməliyyatların başlanmasının Ermənistan Respublikası üçün çox ağır nəticələri ola bilər”.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Blinken Szinpinlə görüşdü

  • 26.04.2024 - 14:55
image

Sabah 31 dərəcə isti olacaq

  • 24.04.2024 - 10:39
image

Şahdağa sulu qar yağıb

  • 23.04.2024 - 11:45
image

Azərbaycanda zəlzələ oldu

  • 23.04.2024 - 09:36
image

Rayonlara dolu yağdı - VİDEO

  • 22.04.2024 - 21:33