Cümə, 17 May

London Rusiyanın 18 milyard funt sterlinqindən çox aktivini dondurub

image

London fevralın sonundan bəri Rusiyanın 18 milyard funt sterlinqindən çox aktivini dondurub.

Məlumata görə, bu barədə Böyük Britaniyanın Maliyyə Sanksiyalarına Nəzarət Orqanının (OFSI) illik hesabatına bildirilib.

“OFSI 2022-ci il fevralın 22-dən oktyabrın 20-dək anti-Rusiya sanksiya siyahısında olan şəxslər tərəfindən və ya onların adından saxlanılan ümumi məbləği 18,39 milyard funt sterlinq olan dondurulmuş vəsait haqqında məlumat verib”, - deyə sənəddə qeyd olunub.

Hesabatda o da qeyd olunub ki, 2021-ci ilin sentyabrında bu məbləğ 44,5 milyon funt sterlinq təşkil edib.

OFSİ-nin məlumatına görə, 2022-ci il fevralın 22-dən avqustun 24-dək 1271 nəfər Rusiya vətəndaşı əleyhinə sanksiyalar tətbiq edilib.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Zelenski Xarkova getdi

  • 16.05.2024 - 16:41