Cümə, 10 May

Azərbaycanda iPhone 14 almaq üçün neçə gün işləmək lazımdır? – FOTO

image

“Picodi” ekspertləri iPhone 14 Pro (128Gb) smartfonunun ölkələr üzrə mövcud qiymətini və aylıq orta əməkhaqqını müqayisə edən “İPhone indeksi 2022” adlı məqalə dərc ediblər. Bu müqayisəyə görə, orta statistik azərbaycanlı iPhone almaq üçün 83 gün işləməlidir.

Xəbər verilir ki, bu barədə Azərbaycan İnternet Forumunun Prezidenti Osman Gündüz özünün “feysbuk” səhifəsində paylaşım edib.

Ekspert qeyd edir ki, Azərbaycanla bağlı vəziyyət ötən illə müqayisədə müsbətə doğru 10 gün dəyişib: “Ən yaxşı vəziyyət İsveçrədədir. Burada iPhone almaq üçün 4-5 gün işləmək kifayət edir. Bu indeksə görə, orta statistik amerikalı bir iPhone üçün 5-6 gününü sərf etməlidir. Tacikistanda isə bir iPhone almaq üçün təxminən yarım il işləmək lazımdır. Gürcüstanda bu göstərici 64 günə bərabərdir. Keçmiş sovet ölkələrində ən yaxşı vəziyyət Estoniyadadır. Bu ölkədə iPhone almaq üçün 21 gün işləmək tələb olunur."

Ekspertlər iPhone indeksini hazırlayarkən, bu telefonun mağazalardakı rəsmi satış qiymətlərini və statistika qurumlarından əldə olunan aylıq orta əmək haqqı göstəricilərini müqayisə ediblər.

Qeyd edək ki, hazırda iPhone 14 Pro (128gb) smartfonunun Azərbaycanda satış qiyməti 3300 manatdır.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Pensiya alanlara ŞAD XƏBƏR

  • 08.05.2024 - 13:44
image

Bu gün 4 rayonda qaz olmayacaq

  • 07.05.2024 - 11:25