Şənbə, 11 May

Xırdalanda sərnişin avtobus sürücüsünü döydü - Video

image

Abşeronda sərnişin avtobusunda insident baş verib.

Xəbər verilir ki, hadisə bu gün rayonun Xırdalan şəhəri ərazisində 119 saylı marşrut xətti üzrə avtobusda qeydə alınıb.

Belə ki, 10 TG 080 dövlət qeydiyyat nişanlı avtobusa arxa qapıdan daxil olan sərnişinə sürücü marşrut xəttinin kart sistemi ilə fəaliyyət götərdiyini və ön qapıdan daxil olaraq ödəniş etməsini bildirib.

Bunu qəbul etməyən sərnişin sürücüyə hücum edib, ona yumruqla zərbə endirərək bədən xəsarətləri yetirib.

Hadisə ilə bağlı Daxili İşlər Nazirliyinin “102” Xidməti-Zəng Mərkəzinə məlumat verilib.

Araşdırma aparılır.

Azadsoz.com

Video

image
Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Pensiya alanlara ŞAD XƏBƏR

  • 08.05.2024 - 13:44
image

Bu gün 4 rayonda qaz olmayacaq

  • 07.05.2024 - 11:25