Bazar ertəsi, 20 May

Zelenski: “Avropa ölkələrinə elektrik enerjisi ixracını dayandırdıq”

image

Ukrayna prezidenti Volodimir Zelenski son vaxtlar Rusiya qüvvələrinin ölkəsinin enerji infrastrukturuna intensiv hücumları nəticəsində Ukraynanın Avropa ölkələrinə elektrik enerjisi ixracını dayandırmalı olduğunu açıqlayıb. 

Xəbər verilir ki, bu barədə Ukrayna Dövlət Rəyasət Heyətindən verilən yazılı açıqlamada qeyd edilib. Məlumata görə, Zelenski ölkəsində danışıqlar aparmaq üçün paytaxt Kiyevə gələn Avropa İttifaqı (Aİ) Komissiyasının enerji üzvü Kadri Simsonu qəbul edib.

Kiyevdə keçirilən görüşdə Zelenski Avropa Elektrik Ötürmə Sistemləri Operatorları Şəbəkəsi (ENTSO-E) ilə əməkdaşlıq çərçivəsində Avropaya elektrik enerjisi ixrac etdiklərini xatırladıb. “Təəssüf ki, Rusiya Federasiyasının raketlər və kamikadze pilotsuz uçuş aparatları (PUA) ilə enerji sistemimizə hücumu səbəbindən bu prosesi (elektrik enerjisinin ixracını) dayandırdıq”, – deyə Zelenski bildirib. Enerji infrastrukturlarının təmirindən sonra Avropa ölkələrinə elektrik enerjisi ixracına davam etmək istədiklərini vurğulayan Zelenski hücumlar nəticəsində Ukraynanın enerji infrastrukturlarının 40 faizinin zədələndiyini qeyd edib.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Sabah 25 dərəcə isti olacaq

  • 20.05.2024 - 10:06
image

Zelenski Xarkova getdi

  • 16.05.2024 - 16:41