Cümə axşamı, 09 May

Azərbaycanda yüksək vəzifəli şəxslər qəzaya düşdülər - YENİLƏNİB

image

“Azərişıq” ASC-nin əməkdaşları işğaldan azad olunmuş ərazilərdə görülən işlərlə yerində tanış olmaq üçün əraziyə gedən zaman qəzaya düşüblər.

Məsələ ilə bağlı “Azərişıq” ASC-dən verilən açıqlamada bildirilib ki, qurumun rəhbər heyəti mütəmadi olaraq əraziyə bu cür səfərlər edirlər. Baş vermiş qəzaya səbəb yoldan keçən avtomobillərdən birinin qurumun xidməti avtomobilinə çırpılması olub:

“Yoldan keçən başqa nəqliyyat vasitəsi idarəetməni itirib, qurumun xidməti maşınına çırpılıb. Nəticədə sürücü qəzadan yayınmağa çalışarkən yoldan çıxıb. Hadisə zamanı maşında 3 nəfər olub. Onlar yüngül xəsarət alıblar, vəziyyətləri yaxşıdır”.

Qeyd edək ki, hadisə ötən gün baş verib. Qəza nəticəsində xəsarət alan qurum rəsmiləri - “Azərişıq” sədrinin müşaviri Bəhruz İsmayılov, Texniki nəzarət idarəsinin rəisi Arif Yusifov və onun müavini Samir Almaszadə xəstəxanada ilkin həkim müayinəsindən sonra evə buraxılıblar. Müalicələrini evdə davam etdirirlər.

09:34

Füzuli rayonunda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Əldə etdiyimiz məlumata görə, qəza nəticəsində minik avtomobili yoldan çıxaraq dərəyə aşıb.

Nəqliyyat vasitəsində olan şəxslər - “Azərişıq” ASC-nin sədrinin müşaviri Bəhruz İsmayılov, Texniki nəzarət idarəsinin rəisi Arif Yusifov və onun müavini, Samir adlı şəxs müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Pensiya alanlara ŞAD XƏBƏR

  • 08.05.2024 - 13:44
image

Bu gün 4 rayonda qaz olmayacaq

  • 07.05.2024 - 11:25
image

Messi yeni rekorda imza atıb

  • 06.05.2024 - 19:32