Şənbə, 27 Aprel

Şahidlər nazirlikdə rüşvət verdikləri şəxsin adını açıqladılar - Müslümovun işi

image

Sabiq əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Xəbər verilir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Faiq Qəniyevin sədrliyi ilə baş tutan prosesdə "Ellada" MMC-nin rəhbəri Əhməd Bağırov ifadə verib.

O bildirib ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sifarişi ilə Zaqatalada 2 ev tikib. Hər evin tikintisi üçün nazirliyin tikilməkdə olan obyektləri kurasiya edən Natiq Əzizova 6 min manat rüşvət verib.

Daha sonra ifadə verən Səxavət Cəlilov deyib ki, "Erol" şirkəti onun adına rəsmiləşdirilib: "Söküntü işləri ilə məşğul olmuşam. Maliyyə işlərindən xəbərim olmayıb. Sənədləri gətiriblər, imzalamışam. Nazirlikdən heç kimlə görüşməmişəm. Sadəcə şirkət mənim adıma rəsmiləşdirilib. Özüm usta işləmişəm. Heç nədən xəbərim olmayıb".

Digər şahid Şahlar Məmmədov isə deyib ki, 2014-cü ildə Ağdaşda 2 ev tikib: 'Mən işi götürməyə peşman olmuşam. İndiki vaxta qədər pulumu ala bilməmişəm. O evləri tikəndən sonra iflas oldum. Maliyyə Nazirliyi yoxlama keçirdi, 31 min manat ziyan müəyyənləşdirdi. Mən isə bununla razı deyiləm. Məhkəməyə verdim onları, danışıqlar apardılar, dedilər ki, pulunu ödəyəcəyik. Mən də şikayətimi geri götürdüm. Amma pulumu hələ də ala bilməmişəm".

Digər şahid Adil Cabbarov isə bildirib ki, 2015-ci ildə Ağdaş rayonunda 1 ev tikib: "İnflyasiya dövrünə düşdü deyə, dedilər ki, pul sonra veriləcək. Pulu vermədilər. Kommunikasiya işlərini başa çatdıra bilmədim. Ev hazırdı o vaxtdan, kommunikasiya işləri qalıb".

Şahid Sübhan Əliyev qeyd edib ki, şirkət direktoru olub. "FF-TM" şirkəti onun şirkətinin adı ilə səhv olub: "Mənim heç bir prosesdə iştirakım olmayıb. Sadəcə şirkətin adı səhv düşüb".

Abusəlim Cəfərov isə deyib ki, qardaşı Elman Cəfərovla birlikdə Zaqatalada 2 ev tikib: "Maliyyə işlərinə Elman baxıb. 6 min manat bir evə, 12 min manat isə digər evə görə Natiq Əzizova rüşvət verilib".

Samir Şahmirov bildirib ki, qohumu Elman Səfərov onun adına şirkət açıb: "Şirkətə qohumum Elman Səfərov rəhbərlik edirdi. Mən usta olmuşam. Bankdan pul götürəndə sənədləri mən imzalamışam. Amma pulu Elman alırdı".

Növbəti proses noyabrın 5-də davam edəcək.

Qeyd edək ki, Səlim Müslümov Dövlət Təhlükəsizliyi Xidmətinin keçirdiyi əməliyyat nəticəsində həbs olunub. O, rüşvət alma yolu ilə 13.296.355 manat, mənimsəmə yolu ilə 7.237.188 manat, israf edilmiş yolla 7.087.671 manat ziyan vurduğu üzə çıxıb. Səlim Müslümovun barəsində Cinayət Məcəlləsinin 308.2-ci (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə), 311.3.2-ci və 311.3.3-cü maddələri (təkrar külli miqdarda rüşvət alma) ilə ittiham elan edilib. Cinayət işi üzrə Maliyyə Nazirliyi zərərçəkmiş qismində tanınıb. Səbail rayon Məhkəməsinin 1 iyul 2022-ci il tarixli qərarına əsasən sabiq nazirə məxsus mənzil, qeyri yaşayış sahəsi və avtomobillərin üzərinə həbs qoyulub.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Mayda bu 3 bürc varlanacaq

  • 26.04.2024 - 21:42
image

Blinken Szinpinlə görüşdü

  • 26.04.2024 - 14:55
image

Sabah 31 dərəcə isti olacaq

  • 24.04.2024 - 10:39
image

Şahdağa sulu qar yağıb

  • 23.04.2024 - 11:45
image

Azərbaycanda zəlzələ oldu

  • 23.04.2024 - 09:36