Bazar ertəsi, 20 May

Belarusdan hücum planı... - Danilov son durumu açıqladı

image

Ukrayna öz sərhədini Rusiya qoşunlarının Belarus ərazisindən mümkün işğalından qorumaq üçün hər şeyi edir.

Xəbər verilir ki, bunu Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Aleksey Danilov deyib.

O bildirib ki, oktyabrın 30-da Ali Baş Komandanın Qərargahının 27-ci iclası keçirilib və burada təxirəsalınmaz məsələlər, o cümlədən Belarus ərazisindən Ukraynaya hücum ehtimalı məsələsi müzakirə olunub.

Onun sözlərinə görə, bu məsələ ilə bağlı Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin rəisi Kirill Budanov məlumat verib.

“Biz Xerson istiqamətində və Belarus ərazisində baş verənləri anlayırıq. Düşmənin niyyətini başa düşürük. Vəziyyətimizi Rusiya tərəfdən gələ biləcək təhlükələrdən qorumaq üçün müvafiq qərarlar qəbul ediləcək”, - deyə Danilov əlavə edib.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Sabah 25 dərəcə isti olacaq

  • 20.05.2024 - 10:06
image

Zelenski Xarkova getdi

  • 16.05.2024 - 16:41