Bazar ertəsi, 29 Aprel

Göygöl şəhərindən nazirə ŞİKAYƏT

image

Göygöl şəhəri 1 nömrəli tam orta məktəbin müəllim kollektivi və şagirdlərin valideynləri Elm və təhsil naziri Emin Əmrullayevə müracət edib.

Xəbər verilir ki, müəlliflər sosialşəbəkədəpaylaşdıqları müraciətdə sentyabrın 15-dən etibarən sözügedən məktəbdə suyun olmamasından şikayətlənirlər.

"Bu səbəbdən 3 mərtəbəli məktəbdə 12 sanitar qovşağını təmizləmək mümkün deyil. Məktəbdə müəllim və şagirdlərin ümumi sayı 1000 nəfərdən artıqdır",-müraciətdə qeyd olunur.

Müəllimlər valideynlər nazirin diqqətinə onu da çatdırırlar ki, 1 nömrəli məktəbdə 12 gündən artıqdır ki, elektrik yoxdur:"Cibimizdən işıq sayğacının kartına pul yükləyirik. Məktəbdə hər sinif müəllimi süpürgə və digər yumşaq inventarları öz şəxsi vəsaiti ilə alır.Göygöl Təhsil Sektoruna problemlər barədə bir neçə dəfə müraciət olunub. “Pul yoxdur, "yuxarı"nın da məlumatı var, pul olanda su nasosu düzələcək, sayğaca pul yüklənəcək”,- deyə cavablar verilib".

Müəllimlər yazırlar ki, bu barədə Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinə, Göygöl Təhsil Sektoruna dəfələrlə rəsmi məktubla müraciət edilib: "Yazdıqlarımızın hamısı faktlardır. Araşdırmanızı xahiş edirəm.Cənab nazir! Bu məsələlərdən sizin məlumatlı olduğunuz bildirilir.Müəllimlər də, şagirdlər də, valideynlər də bilmək istəyir ki, doğrudan da cənab nazir Emin Əmirullayevin bu işdən xəbəri var? Yoxsa, bizi aldadırlar? 

Bilmək istəyirik, biz niyə cibimizdən məktəbə süpürgə almalıyıq?Biz niyə məktəbin işığının pulunu cibimizdən ödəməliyik?Biz niyə 1 aydan çoxdur təmizlənə bilməyən sanitar qovşaqlarından istifadə etməliyik?Biz niyə məktəbə plastik qablarda əlimizdə su daşımalıyıq?Bu işlərə cavabdehi kimdir?Niyə məktəbdə bu cür xoşagəlməz hallar yaşanır?Suallarımıza cavab istəyirik". 

“Azərsu” ASC-nin İstimaiyyətlə əlaqələr şöbəsininrəhbəriAnarCəbrayıllı mətbuata açıqlamasında bildirib ki, “Azərsu” orta məktəbə verilən suyu kəsməyib.

"Problem məktəbin özündədir. Araşdıma zamanı məlum olub ki, məktəbin anbarı su ehtiyatı ilə doludur” - deyə, o qeyd edib.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Sabaha olan hava proqnozu

  • 29.04.2024 - 15:40
image

Bazar günü imtahan olacaq

  • 29.04.2024 - 14:15
image

Sabah hava necə olacaq?

  • 27.04.2024 - 10:57
image

Mayda bu 3 bürc varlanacaq

  • 26.04.2024 - 21:42
image

Blinken Szinpinlə görüşdü

  • 26.04.2024 - 14:55