Şənbə, 18 May

Ukrayna müdafiə xərclərini 10 milyard dollar artırdı

image

Ukrayna prezidenti Volodimir Zelenski müdafiə sektoruna büdcə xərclərini 10 milyard dollardan çox artırıb.

Xəbər verilir ki, bu barədə Ukrayna Ali Radasının saytında dərc olunan qanunun mətnində deyilir. 

"Dövlət büdcəsinin ümumi fondu haqqında bu qanun, digər məsələlərlə yanaşı, dövlət büdcəsi vəsaitlərinin bəzi əsas idarəçilərinə - milli təhlükəsizlik və müdafiə sektorunun subyektlərinə büdcədən ayırmaları ümumilikdə 386,9 milyard qriven (10,48 milyard dollar) artırıb", - sənəddə deyilir.

Bu məbləğin əsas payı Müdafiə Nazirliyinin payına düşür. Sənəddə nazirliyin 9,9 milyard dollar alacağı bildirilir. İkinci yerdə Daxili İşlər Nazirliyi, üçüncü yerdə Ukrayna Təhlükəsizlik Xidməti qərarlaşıb. Sənəddə Baş kəşfiyyat idarəsi, dövlət xüsusi rabitə və dövlət mühafizə idarəsi də göstərilir.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Zelenski Xarkova getdi

  • 16.05.2024 - 16:41