Çərşənbə, 08 May

Vətəndaşın xəbərsiz qeydiyyatdan çıxarılması iddialarına DİN-dən CAVAB

image

Bakıda vətəndaş ondan xəbərsiz qeydiyyatdan çıxarılmasından şikayətçidir.

Bu barədə vətəndaşın özü müraciət edib. Belə ki, H.Zamanova evlərinin olmadığından qeydiyyatlarının Sabunçu Rayon Polis İdarəsində olduğunu deyir:

“Bizi qeydiyyatdan çıxarıblar və bundan xəbərimiz olmayıb. Biz yaxınlaşdıq aidiyyəti üzrə Sabunçu Rayon Polis İdarəsinə, eləcə də Xətai Rayon Polis İdarəsinə, bizə kimsə köməklik göstərə bilmədi. Heç kim öz evinə qeydiyyata salmaq istəmir və haqlıdırlar. Amma biz necə edək ki, şəxsiyyət vəsiqəmiz heç yerdə keçərli deyil. Biz qeydiyyata düşmək istəyirik. Xahiş edirik aidiyyəti qurumlar, şəxslər hara, necə, hansı sənədlərlə yaxınlaşmalı olduğumuzu desinlər, bu problem həll olunsun”.

Məsələ ilə bağlı Daxili İşlər Nazirliyinə (DİN) sorğu ünvanladıq. DİN-nin Mətbuat Xidmətindən bildirilib ki, vətəndaşlar bəzi hallarda yaşayış yerləri ola-ola polis idarələrinin inzibati binalarına qeydiyyata düşməyə çalışırlar:

“Bu isə evlənmə-boşanma, hərbi səfərbərlik və ya digər məsələlərdə qeydiyyatda olan şəxslərlə bağlı polis idarəsinə sorğular daxil olanda bəzi neqativ halların yaranmasına səbəb olur. Polisdə müvəqqəti qeydiyyatda olan adamları lazım olanda tapmaq çətinliyi yaranır. Hazırda görülən tədbirlərin də məqsədi bu cür halların qarşısının alınması üçündür.

Araşdırmalar zamanı polis idarələrində qeydiyyatda olan vətəndaşların bəzilərinin sui-istifadə hallarına yol verdikləri məlum olub. Faktiki yaşayış ünvanı ola-ola polis idarələrinin inzibati binalarında qeydiyyata düşən şəxslər müəyyən edilir və onlar idarəyə dəvət edilərək yaşadıqları yer üzrə qeydiyyata düşmələri tələb edilir.

Heç bir yerdə qeydiyyata düşə bilməyən vətəndaşlar hazırda yaşadıqları ərazi üzrə polis idarəsinə müraciət edə bilərlər. Bu halda qeydiyyat məsələsinə təkrar baxıla bilər”.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Pensiya alanlara ŞAD XƏBƏR

  • 08.05.2024 - 13:44
image

Bu gün 4 rayonda qaz olmayacaq

  • 07.05.2024 - 11:25
image

Messi yeni rekorda imza atıb

  • 06.05.2024 - 19:32
image

Türkiyədə benzin ucuzlaşdı

  • 06.05.2024 - 12:51