Bazar ertəsi, 29 Aprel

Bill Qeytsin xeyriyyə fondu “Taliban”la əməkdaşlıq edir

image

“Bill & Melinda Gates Foundation” xeyriyyə fondu Əfqanıstanda poliomielitlə mübarizə üçün müvəqqəti “Taliban” hökuməti ilə əməkdaşlıq edir.

Xəbər verilir ki, bunu amerikalı iş adamı Bill Qeyts Böyük Britaniyanın “The Daily Telegraph” qəzetinin saytına müsahibəsində deyib.

Qeyts bildirib ki, fondun tərəfdaşları Qətərdə “Taliban”la görüşüblər. Lakin o, təfərrüatlara varmayıb, ABŞ-ın hərəkata qarşı sanksiyalarını nəzərə alaraq, bu cür təmasları “çox çətin vəziyyət” kimi xarakterizə edib.

“Microsoft” şirkətinin yaradıcısı özünün “Taliban” nümayəndələri ilə görüş keçirməyə hazır olub-olmaması ilə bağlı suala birbaşa cavab verməyib.

“Düzünü desəm, bu mövzunun məxfi olub-olmadığını bilmirəm. Poliomielitlə mübarizə kampaniyasına kömək etmək üçün çox şey edərdim. Bu, fondun əsas prioritetidir”-deyə, o bildirib.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Sabaha olan hava proqnozu

  • 29.04.2024 - 15:40
image

Bazar günü imtahan olacaq

  • 29.04.2024 - 14:15
image

Sabah hava necə olacaq?

  • 27.04.2024 - 10:57
image

Mayda bu 3 bürc varlanacaq

  • 26.04.2024 - 21:42
image

Blinken Szinpinlə görüşdü

  • 26.04.2024 - 14:55