Cümə axşamı, 09 May

Rusiya nüvə zərbəsinə hazırlaşır? – İngilis kəşfiyyatı

image

Böyük Britaniya kəşfiyyatı Rusiyanın Ukraynada taktiki nüvə silahından istifadə etməyə hazırlaşdığını göstərən heç bir əlamət görmür. Mütəxəssislərə görə, bu tip silahların hazırlanması üçün vaxt lazımdır.

Xəbər verilir ki, bu barədə kəşfiyyat mənbələrinə istinadən “The Guardian” yazır

Britaniya kəşfiyyat agentliyinin (GCHQ) rəhbəri Ceremi Fleminq deyib ki, bu qurumun vəzifələrindən biri Kremlin taktiki silahlardan istifadəyə hazırlığını izləməkdir.

“Rusiya hərbi maşınının və Prezident Putinin bu müharibəni necə aparması, o cümlədən bu silahlardan istifadə nüvə silahlarının tətbiqi üçün nəzərdə tutulmuş doktrina çərçivəsində qalır”, - Fleminq söyləyib.

Eyni zamanda o, əmin edib ki, Rusiyanın taktiki nüvə silahından istifadəyə texniki hazırlıqla məşğul olduğuna dair heç bir əlamət yoxdur.

Belə silahlar nüvə başlıqları qısamənzilli adi raketlərlə birləşdirilərək yığılır. Mütəxəssislərin fikrincə, belə döyüş başlıqlarını anbardan çıxarmaq üçün vaxt lazımdır.

 

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Pensiya alanlara ŞAD XƏBƏR

  • 08.05.2024 - 13:44
image

Bu gün 4 rayonda qaz olmayacaq

  • 07.05.2024 - 11:25
image

Messi yeni rekorda imza atıb

  • 06.05.2024 - 19:32