Bazar ertəsi, 20 May

Ağ Ev Maskın Kiyevlə bağlı “sülh” planını şərh edib

image

Ukraynaya bağlı olan heç nə Kiyevsiz müzakirə olunmayacaq. 

Xəbər verilir ki, bunu Ağ Evin mətbuat katibi Karin Jan-Pyer məşhur amerikalı iş adamı İlon Maskın Ukraynaya dair son fikirlərini şərh edərkən deyib.

"Hər hansı diplomatiya və ya bu barədə danışıqlara gəldikdə, bu, onların qərarıdır. Ona görə də mən bunu Ukrayna xalqının ixtiyarına buraxıram. Ancaq bilirsiniz, biz əmin etməyə çalışırıq ki, ukraynalılar öz mövqeləri, suverenliyi üçün mübarizə apararkən onların yanında olacağıq. Və bu suverenlik, azadlıq, demokratiya ilə bağlı qərarlar onlarla birlikdə veriləcək", - Ağ Evin mətbuat katibi qeyd edib.

Xatırladaq ki, Mask Kiyevin Rusiya ilə müharibəyə son qoymaq üçün işğal olunmuş Krımdan imtina etməyi və bitərəf olmağı tövsiyə edən "sülh" planı irəli sürüb.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Zelenski Xarkova getdi

  • 16.05.2024 - 16:41