Cümə axşamı, 09 May

Qazaxıstan Prezidentinə sui-qəsd hazırlayan şəxs 17 il müddətinə HƏBS EDİLDİ

image

Qazaxıstan Prezidentinə sui-qəsd hazırlayan şəxs 17 il müddətinə azadlıqdan məhrum edilib.

Xəbər verilir ki, bu barədə Astana Şəhər Məhkəməsinin mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, cinayət işinə qapalı məhkəmə iclasında baxılıb.

Məlumata görə, təqsirləndirilən şəxs dövlətə xəyan, odlu silahların, partlayıcı maddələrin qanunsuz əldə edilməsi, saxlanması, daşınması və Qazaxıstan Prezidentinin həyatına qəsd cinayətlərdə ittiham olunub.

Qeyd edək ki, 2022-ci ilin aprelində Qazaxıstan Milli Təhlükəsizlik Komitəsi respublika prezidentinə və yüksək rütbəli məmurlara qarşı sui-qəsd planlaşdıran xarici kəşfiyyat agentinin həbs olunduğunu elan edib.

Axtarış zamanı saxlanılan şəxsdən səsboğucu ilə birlikdə xarici ölkədə istehsal olunmuş snayper tüfəngi, narkotik vasitə və külli miqdarda pul götürülüb. Xüsusi xidmətin məlumatına görə, silahlar maskalanmış formada hissə-hissə Qazaxıstana gətirilib.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Pensiya alanlara ŞAD XƏBƏR

  • 08.05.2024 - 13:44
image

Bu gün 4 rayonda qaz olmayacaq

  • 07.05.2024 - 11:25
image

Messi yeni rekorda imza atıb

  • 06.05.2024 - 19:32