Cümə, 10 May

Aİ-dən Ukraynanın dörd bölgəsinin Rusiyaya qatılmasına REAKSİYA

image

Avropa İttifaqı ölkələri Ukraynanın dörd bölgəsinin Rusiya Federasiyasına ilhaq edilməsini qətiyyətlə pisləyir.

Bu barədə Avropa Şurasının bəyanatında qeyd edilir:

“Rusiyanın Ukraynanın müstəqilliyini pozmaq üçün qanunsuz referendumlarını əsla tanımayacağıq. Biz Rusiyanın Donetsk, Luqansk, Zaporojye və Xersonun qanunsuz ilhaqını birmənalı şəkildə rədd edir və pisləyirik”.

Qeyd olunub ki, Aİ-yə üzv dövlətlər tərəfindən Rusiyanın qanunsuz hərəkətlərinin məhdudlaşdırılması istiqamətində görülən tədbirlər də gücləndiriləcək.

Avropa Komissiyasının sədri Ursula fon der Lyayen deyib:

“Rusiya işğalçıları tərəfindən ələ keçirilən bütün Ukrayna əraziləri hər zaman suveren Ukraynanın bir hissəsi olaraq qalacaq”.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Pensiya alanlara ŞAD XƏBƏR

  • 08.05.2024 - 13:44
image

Bu gün 4 rayonda qaz olmayacaq

  • 07.05.2024 - 11:25
image

Messi yeni rekorda imza atıb

  • 06.05.2024 - 19:32