Çərşənbə axşamı, 07 May

Rusiyaya birləşmək qaydası - işğalın yeni adı

image

Sentyabrın 23-dən 27-dək Ukraynanın işğal olunmuş dörd bölgəsində Rusiya Federasiyasına birləşmək “referendumları” keçirilib. “Donetsk Xalq Respublikası”, “Luqansk Xalq Respublikası” adlı saxta rejimləri, Zaporojye və Xerson vilayətlərini əhatə edən qanunsuz səsvermələr Rusiya bayrağının altından keçməyə razılıqla bitib.

Xəbər verilir ki, rəsmi qaydaya görə, Rusiyaya birləşmək istəyən subyekt dövlətə müraciət edir. Rusiya prezidenti müraciəti aldıqda parlamentə – Federal Məclisə bu barədə bilgi göndərir.

Müraciətə əvvəlcə parlamentin aşağı palatasında (Dövlət Duması), ardınca yuxarı palatasında (Federasiya Şurası) baxılır və Rusiyaya birləşmək istəyən subyektlə müqavilə imzalanır.

Müqavilə Konstitusiya Məhkəməsindən müsbət cavab aldığı təqdirdə parlamentdə təsdiqlənir, eyni zamanda subyektin Rusiyaya birləşməsi barədə konstitusiya qanunu qəbul olunur. Qanun prezident imzası ilə qüvvəyə minir və ölkə konstitusiyasına müvafiq dəyişiklik edilir.

2014-cü ilin fevralında Rusiya Ukraynanın Krım yarımadasını zəbt edib, martda Krım Muxtar Respublikası (Krım Respublikası adı ilə) və Sevastopol şəhəri Rusiyaya birləşdirilib.

Həmin il Rusiya Ukraynanın Donetsk və Luqansk vilayətlərinin bir hissəsini tutaraq iki separatçı rejim qurub. 2022-ci il fevralın 21-də Rusiya həmin rejimləri müstəqil dövlətlər kimi tanıyıb, fevralın 24-dən isə Ukraynada total hərbi əməliyyatlar aparır. Bu əməliyyatlar nəticəsində Zaporojye və Xerson vilayətlərinin böyük hissəsi də ələ keçirilib.

İlhaq olunmuş Krımı da saydıqda Rusiya 85 subyektdən ibarətdir: 22 respublika, 4 muxtar mahal, 1 muxtar vilayət, 9 diyar, 46 vilayət, federal əhəmiyyətli 3 şəhər.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Bu gün 4 rayonda qaz olmayacaq

  • 07.05.2024 - 11:25
image

Messi yeni rekorda imza atıb

  • 06.05.2024 - 19:32
image

Türkiyədə benzin ucuzlaşdı

  • 06.05.2024 - 12:51
image

Rusiya onu da axtarışa verdi

  • 06.05.2024 - 08:56
image

5-6 mayla bağlı XƏBƏRDARLIQ

  • 04.05.2024 - 18:24