Çərşənbə, 08 May

Məktəbli qız oğurlanıb? - İDDİA

image

Şəki şəhərində yerləşən məktəbdə təhsil alan aşağı sinif şagirdinin oğurlanmasına cəhd olunub.

Bu barədə iddialar sosial şəbəkələrdə yayılıb.

İddia edilib ki, 40 yaşlı kişi məktəbdən qayıdan uşağı aldadaraq oğurlamağa cəhd edib, amma yaxınlıqdakı insanlar onu xilas ediblər.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupunun baş inspektoru, polis baş leytenantı Mahir Məsimov bildirib ki, sosial şəbəkələrdə, bəzi kütləvi informasiya vasitələrində Şəki şəhərində yerləşən tam orta məktəbdə təhsil alan aşağı sinif şagirdinin guya naməlum şəxslər tərəfindən oğurlanmasına cəhd göstərilməsi ilə bağlı həqiqəti əks etdirməyən və valideynlər arasında da təşviş yarada biləcək informasiyalar paylaşılıb:

“Səsləndirilən iddiaların hər biri araşdırılıb, lakin qeyd olunan faktlar öz təsdiqini tapmayıb. Həmçinin, bu kimi məsələlərlə bağlı Şəki Şəhər-Rayon Polis Şöbəsinə də vətəndaşlar tərəfindən şikayət daxil olmayıb.

Bir daha diqqətə çatdırırıq ki, istər təhsil müəssisələrinin qarşısında, istərsə də rayon ərazisində asayişin təmin olunması, baş verə biləcək neqativ halların qarşısının alınması məqsədilə polis əməkdaşları tərəfindən bütün zəruri tədbirlər görülür. Sakinlər xoşagəlməz hallarla rastlaşdıqları təqdirdə ərazi polis orqanına və yaxud Daxili İşlər Nazirliyinin “102” Xidməti-Zəng Mərkəzinə müraciət edə bilərlər”.

 

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Pensiya alanlara ŞAD XƏBƏR

  • 08.05.2024 - 13:44
image

Bu gün 4 rayonda qaz olmayacaq

  • 07.05.2024 - 11:25
image

Messi yeni rekorda imza atıb

  • 06.05.2024 - 19:32
image

Türkiyədə benzin ucuzlaşdı

  • 06.05.2024 - 12:51