Çərşənbə axşamı, 19 Mart

Bakıda baxıcı işlədiyi evdən 100 min dollarlıq oğurluq edib - TƏFƏRRÜAT

image

“Super Personal” Agentliyinin (işədüzəltmə şirkəti) baxıcısı (dayə) xidmət göstərdiyi evdən 100 min dollarlıq oğurluq edib.

Xəbər verilir ki, Asəf adlı zərərçəkmiş şəxs ifadəsində göstərib ki, anasına yaşla bağlı daimi nəzarət lazım olub. 2021-ci ilin oktyabr ayında bacısı Səidə agentliyə müraciət edərək, analarına baxmaq üçün işçi axtardığını bildirib. Səidənin istəyi ilə “Super Personal” Agentliyindən Lamiyə adlı xanımla müqavilə bağlanıb. Müqavilədə əsas şərt isə göstərilib ki, baxıcı Səidənin evində anasına baxmalıdır.

Noyabr ayının əvvəlində, Asəf rayonda olarkən, bacısı zəng edərək bildirib ki, evdən oğurluq olub. Dərhal polisə müraciət edilib, həmin axşam Səidəyə məxsus 9000 dollar və qızıl əşyalar geri qaytarılıb.

Asəfə məxsus pullar da bacısının evində olub. Səidə qardaşına diplomatın yerində olduğunu bildirsə də, onun içinə baxmayıb. Qardaşı rayondan qayıdandan sonra diplomatı açıb və 100 min dolların, həmçinin bir neçə üzük və sırğanın oğurlandığını görüb. O, dərhal Nəsimi Rayon Polis İdarəsinə müraciət edib və cinayət işi başlayıb.

Səidə istintaqa bildirib ki, Lamiyə aylıq 700 manat maaş alıb və 2021-ci ilin oktyabr ayının 27-dən onların evində işləməyə başlayıb. Onların münasibəti çox yaxşı olub. Oktyabrın 29-dan sonra isə evdən oğurluqlar başlayıb.

Şahid qismində ifadə verən Səidənin Bank BTB-də (Bakı Ticarət Bankı) mühasib işləyən oğlu bildirib ki, onlar şirkətin işçilərinə görə məsuliyyət daşıdığını düşünürmüşlər. Amma hadisədən sonra məlum olub ki, şirkət heç bir məsuliyyət daşımır.

Oğurluqda ittiham olunan Lamiyə isə ifadəsində göstərib ki, həmin ərəfədə maddi vəziyyəti yaxşı olmayıb və pula çox ehtiyacı olub. Onun həyat yoldaşı adam bıçaqladığına görə həbsdə, oğlu hərbi xidmətdə imiş. Həmçinin himayəsində bir qızı olub. Təqsirləndirilən şəxs imkansızlıqdan oğurluq etdiyini bildirib.

Lamiyə bildirib ki, otaqda qara rəngli diplomat olub. Onu açarkən içində dollar bağlamalarının olduğunu görüb və 100 min dolların olduğu bir bağlamanı götürüb. Sonra pulu geri qaytarmaq istəyib, lakin oktyabrın 12-də həyat yoldaşının məhkəməsi olduğundan çatdıra bilməyib. Pulu evdə saxlamaqdan qorxduğu üçün banka qoyub. Cinayətin üstü açılandan sonra pulu bankdan götürərək Asəfə qaytarıb.

Bakı Ağır Cinayətlər Məhkəməsində İlham Mahmudovun sədrliyi ilə keçirilən məhkəmə prosesində Lamiyə adlı şəxsin Cinayət Məcəlləsinin 177.3.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib və beş il azadlıqdan məhrumetmə cəzası təyin edilib. O, Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq olunmaqla, iki il sınaq müddəti ilə şərti azadlığa buraxılıb.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Zelenski Şoltsla danışdı

  • 15.03.2024 - 09:11