Şənbə, 27 Aprel

ABŞ və ingilis jurnalistlərə sanksiya tətbiq ediləcək

image

İran parlamentinin 41 üzvü ABŞ və Böyük Britaniya KİV-ləri əleyhinə yeni qanun layihəsi ilə çıxış edib.

 Xəbər verilir ki, Məclisin deputatları Tehran əleyhinə sanksiyaları dəstəkləyən ABŞ və Böyük Britaniya jurnalistlərinin İran ərazisində fəaliyyət göstərməsini qadağan edilməsi təşəbbüsü ilə çıxış ediblər.

Qanun layihəsində “xarici, xüsusən, Amerika və ingilis mediasının İranın milli mənafelərinə qarşı müxtəlif hərəkətlər etdiyini və bu medianı təmsil edən cinayətkar jurnalistlərin İslam Respublikasına qarşı hərəkətə keçdiyini nəzərə alaraq” onlara sanksiya tətbiqi nəzərdə tutulub.

Layihəyə əsasən, qadağanı pozan xarici KİV nümayəndələrini 5 ildən 10 ilədək həbs cəzası, habelə 180 və ya 360 milyon riala qədər pul cəzası gözləyir.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Mayda bu 3 bürc varlanacaq

  • 26.04.2024 - 21:42
image

Blinken Szinpinlə görüşdü

  • 26.04.2024 - 14:55
image

Sabah 31 dərəcə isti olacaq

  • 24.04.2024 - 10:39
image

Şahdağa sulu qar yağıb

  • 23.04.2024 - 11:45
image

Azərbaycanda zəlzələ oldu

  • 23.04.2024 - 09:36