Laçın dəhlizi boyunca yeni yol bu tarixdə İSTİFADƏYƏ VERİLƏCƏK
Laçın dəhlizi boyunca yeni yol bu tarixdə İSTİFADƏYƏ VERİLƏCƏK
Ermənistan və Qarabağı birləşdirən Laçın dəhlizi boyunca yeni yol 2023-cü il aprelin 1-dən fəaliyyətə başlayacaq.
Xəbər verilir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin MDB ölkələri üzrə dördüncü departamentinin direktoru Denis Qonçar RİA Novosti-yə müsahibəsində bildirib.
“Son bir ay ərzində görülən işlərin əsas nəticəsi Laçın dəhlizi boyunca yeni yolun 2023-cü il aprelin 1-dən fəaliyyətə başlayacağı ilə bağlı ümumi anlaşmanın əldə olunması olub. Eyni zamanda, avqustun 30-dan etibarən hərəkət Laçın şəhərindən və digər yaşayış məntəqələrindən yan keçən müvəqqəti marşrutla həyata keçirilir”, – Qonçar deyib.
Azadsoz.com