Bazar ertəsi, 20 May

İngiltərədən sensasiya: Türk respublikasının müstəqilliyini tanıyacaq

image

İngiltərə Şimali Kipr Türk Cümhuriyyətinin müstəqilliyini tanımaq məsələsini müzakirə edir.

Xəbər verilir ki, bu barədə “Sunday Express” nəşri məlumat yayıb.

Məlumatda İngiltərənin Cenevrədə keçiriləcək görüşlərdə 60 ildir Kipr adasını ikiyə bölən siyasi böhrana dinc həll yolu tapmaq üçün tarixi fürsət təqdim etməyə kömək edə biləcəyi deyilib.

Nəşrə danışan Kipr Türk Cümhuriyyətinin Prezidenti Ərsin Tatar ingilis hökumətinin bu görüşlərdə təklif edəcəyi ikidövlətli həll yolunu dəstəkləməyə çağırıb.

Tatar Avropa Birliyindən ayrılan İngiltərənin bitərəf vasitəçilik missiyasını yerinə yetirə biləcəyinə, türklər və yunanlara münasibətdə qərəzsiz davranacağına inandığını deyib.

Məlumatda İngiltərənin hökumət mənbələrinin qəzetə Kipr Türk Cümhuriyyətini rəsmən müstəqil ölkə olaraq tanımaq məsələsini müzakirə etdiyi iddia olunub. Yaxın vaxtlarda iki ölkə arasında təyyarə uçuşlarının başlaya biləcəyi də diqqətə çatdırılıb.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Sabah 25 dərəcə isti olacaq

  • 20.05.2024 - 10:06
image

Zelenski Xarkova getdi

  • 16.05.2024 - 16:41