Şənbə, 27 Aprel

Azərbaycandan Rusiyaya ixrac edilən 3 min tona yaxın nektarin məhv edilib

image

Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarət üzrə Federal Xidmətinin ("Rosselxoznadzor") Moskva şəhəri, Moskva və Tula vilayətləri üzrə idarəsi, bu il avqust ayının sonunda Azərbaycandan ixrac edilən meyvə partiyasında yoluxma aşkar edib.

Məlumata görə, Azərbaycandan gətirilən 2 707 ton yoluxmuş nektarin Moskva yaxınlığında məhv edilib.

Laboratoriya müayinəsi zamanı meyvələrdə Rusiya üçün karantin obyekti sayılan Aralıq dənizi meyvə milçəyi (Ceratitis capitata (Wiedemann)) aşkar edilib.

Yük sahibi nəzarətə alınmış məhsullarla bağlı tədbir görülməsi üçün rəsmi göstəriş alıb və onları məhv etmək qərarına gəlib.

Qeyd edək ki, mövsümün əvvəlindən etibarən “Rosselxoznadzor” tərəfindən Azərbaycandan Moskvaya daxil olan 6 min tondan çox nektarinlə bağlı 300-dən çox avtomobil texniki baxışdan keçirilib və karantin fitosanitar nəzarəti həyata keçirilib.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Mayda bu 3 bürc varlanacaq

  • 26.04.2024 - 21:42
image

Blinken Szinpinlə görüşdü

  • 26.04.2024 - 14:55
image

Sabah 31 dərəcə isti olacaq

  • 24.04.2024 - 10:39
image

Şahdağa sulu qar yağıb

  • 23.04.2024 - 11:45
image

Azərbaycanda zəlzələ oldu

  • 23.04.2024 - 09:36