Şənbə, 27 Aprel

Alimpaşa Məmmədovun korrupsiya əməlləri – Təfərrüatlar

image

Bu gün Dövlət Təhlükəsizliyi Xidməti Şəmkir rayonunda əməliyyat keçirib. Əməliyyat nəticəsində  icra başçısının birinci müavini, təhsil şöbəsinin müdiri Qüdrət Əliyev, baş memar İlqar Quliyev, şəhər icra nümayəndəsi Pərviz İbrahimov, o cümlədən İcra başçısı Alimpaşa Məmmədov saxlanılıb. Həbslərin səbəbi kimi isə adı çəkilən şəxslərin vəzifə səlahiyyətlərindən sui istifadə edərək korrupsiya ilə məşğul olması ehtimal edilir.

Qeyd edək ki, Şəmkirin İcra başçısı Alimpaşa Məmmədovun adı bu vaxta qədər bir sıra qalmaqallarda hallanırdı. 

Alimpaşa Məmmədovun tender fırıldaqları

Aparılan araşdırmalar nəticəsində, İcra başçısının rayon ərazisində tikilən bina layihələrinin tenderində qanunsuzluqlara yol verdiyi məlum olub. Şəmkir rayon İcra Hakimiyyətinin 2020-ci ildə Kür qəsəbəsi S.Vurğun 3A və Şəhriyar 1 ünvanlarındakı çoxmənzilli yaşayış binaları üçün 2(iki) ədəd liftin alınması üzrə keçirdiyi tenderin qalibi “SH Memorial” Məhdud Məsuliyyətli Cəmiyyəti olub. İcra Hakimiyyəti göstərilən ünvanlara iki ədəd liftin quraşdırılması işini həyata keçirmək üçün MMC ilə 105 min manat dəyərində müqavilə bağlayıb. 

Şəmkir rayon İcra Hakimiyyətinin 2020-ci ildə Şəmkir şəhəri Həzi Aslanov, Səməd Vurğun, M.Ə.Sabir, küçələrində abadlıq işlərinin satın alınması üzrə keçirdiyi tenderin qalibi isə “Qafqaz Təmir Group” Məhdud Məsuliyyətli Cəmiyyəti olub. İcra Hakimiyyəti sözügedən işlərin həyata keçirilməsi üçün MMC ilə 500 min manat dəyərində müqavilə bağlayıb. Nizamnamə kapitalı 20 manat olan hər iki şirkət birabaş Alimpaşa Məmmədovun tabeliyində olub və tenderdə ayrılmış pullarn böyük bir hissəsi birbaşa icra başçısına çatıb.

Problemli kreditlər və mənimsənilmiş pullar

Alimpaşa Məmmədovun Şəmkir cayının qarşısında iki milyon manata tikdirdiyi Qızıl Balıq Yetişdirmə Zavodunun sahibi olduğu qeyd olunur. O,  Şəmkir bələdiyyələrinin adına ümumilikə ümumilikdə 38 milyon manatlıq kredit götürülməsini təmin edib. 

O, Rayon Sovetinin dördmərtəbəli binasının yerini 1 milyon manata, uşaq xəstəxanasının beş hektara yaxın ərazisini isə 4.5 milyon manata satışını həyata keçirib.

S. Vurgun kücəsində vətəndaşların mənzil şəraitinin yaxşılaşdırılması məqsədi ilə qəzalı olan ikimərtəbəli binanın sakinləri yeni mənzillərə köçrüldükdən sonra binanın yerini 230 min manata satışını həyata keçirib.

Alimpaşa Məmmədovun eyni zamanda İcra Hakimiyyətinin həyətinin bir hissəsini yaxınlıqdakı restorana kabinetlər tikilməsi üçün satdığı, rayonun Morul arxı adlanan ərasini qanunsuz olaraq-ayrı ayrı iş adamlarına obyekt yeri kimi satdığı da müəyyən olunub.

2015-ci ildə Şəmkir bələdiyyəsinin təsisçilyi ilə yaradılmış “Abad Şəmkir” Məhdud Məsuliyyətli Cəmiyyət “Natural” su zavodu tikintisi üçün “Atabank”dan 10 il müddətinə 700 min manat pul götürüb. Lakin zavodun tikintisi istismar müddəti başa çatan şəhərin futbol meydançasından sökülən tikinti materialları hesabına ərsəyə gəlib. 2 ay işlədikdən sonra işçilərin əmək haqqları ödənmədən su savodu bağlanıb. 

Şəmkir bələdiyyəsinin təsisçiliyi ilə yaradılmış “Ceyrançöl-1” MMC 2015-ci ildə 10 il müddətinə 4 milyon 502 min manat, “Morul-Tikinti” MMC-yə isə 1 milyon 200 min manat kredit götürülüb. Götürülən kreditlərin heç biri isə təyintı üzrə xərclənməyib.

İcra başçısının Fazil Məmmədovla yaxın əlaqələri

Alimpaşa Məmmədovun eyni zamanda sabiq vergilər naziri Fazil Məmmədovun yaxın kadrlarından biri hesab olunur. İcra başçısı keçmiş nazirin müşaviri işləmiş Qüdrət Seyfullayev əlbir olaraq "Şəmkir Aqropark"ın inşasından tutmuş fəaliyyətinə qədər bütün dövrləri əhatə edən iri maliyyə fırıldaqlarına və mənimsəmələrə yol veriblər. Məlumatlara görə, Qüdrət Seyfullayev "Şəmkir Aqropark"ın direktoru işlədiyi müddətdə müxtəlif adlar altında minlərlə ton meyvə-tərəvəz alınaraq qəsdən yararsız məhsul kimi silinib. Məqsəd ayrılan pulların yeyintisini ört-basdır etmək olub. 

Xatırladaq ki, həyata keçirilən əməliyyat Şəmkir rayonun aparılan ilk bu cür əməliyyat deyil. Daha əvvəl də Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları tərəfindən bir ildən artıq müddətdə 36 fəhlənin əmək haqqını hər ay alıb cibinə qoyan Rayon Kommunal Təsərrüfat Birliyinin rəisi Teymur Hacıyev saxlanılıb. Məsələyə Alimpaşa Məmmədov qarışandan sonra Teymur Hacıyevi açıb buraxıblar. Alimpaşa Məmmədov birinci müavini vasitəsi ilə ona çatdırıb ki, məsələni həll edəcəklər, narahat olmasın.

Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsində Şəmkirlə əlaqəli daha bir cinayət işi isə ötən ilin oktyabrında başlanılıb. Məlumata görə Şəmkir Səhiyyə Şöbəsinin 2500 işçisindən yoxlamaların nəticələrinin “təmiz”lənməsi üçün pul yığılır. Yığılan pulun məbləği 250 min manat civarında olması xəbəri də vardı. Həmin günlərdə Alimpaşa Məmmədovun adı korrupsiya cinayətini ört-basdır edilməsində hallanıb.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Mayda bu 3 bürc varlanacaq

  • 26.04.2024 - 21:42
image

Blinken Szinpinlə görüşdü

  • 26.04.2024 - 14:55
image

Sabah 31 dərəcə isti olacaq

  • 24.04.2024 - 10:39
image

Şahdağa sulu qar yağıb

  • 23.04.2024 - 11:45
image

Azərbaycanda zəlzələ oldu

  • 23.04.2024 - 09:36