Cümə axşamı, 09 May

“Ermənistanla sülh Ukrayna müharibəsindən asılıdır” — Vahid Əhmədov

image

“Azərbaycan və Ermənistan arasında sülh sazişinin imzalanması Ukrayna-Rusiya müharibəsinin qurtarmasından asılıdır”.

Bu fikirləri millət vəkili Vahid Əhmədov Azərbaycan və Ermənistan arasında sülh sazişinin bağlanacağı barədə xəbərlərə münasibət bildirərkən deyib.

Millət vəkili hesab edir ki, iki ölkə arasında sülh sazişinin imzalanmasına mane olan qüvvələr və həll olunmamış məsələlər var.

Onun fikrincə, sülh sazişinin imzalanması üçün ilk növbədə iki məsələ öz müsbət həllini tapmalıdır:

1. Sərhədlərin delmitasiya və demakasiyası həll olunmalıdır.

2. Ermənistan Azərbaycanın ərazi bütövlüyünü rəsmi şəkildə tanımalıdır.

V. Əhmədov qeyd edib ki, yalnız bundan sonra sülh sazişinin imzalanması mümkün ola bilər:

"Ümumiyyətlə proseslərin gedişatından bu nəticəyə gəlmək olur ki, Rusiya dövlət olaraq iki ölkə arasında sülh sazişinin imzalanması prosesini ləngitməyə çalışır. Amma hesab edirəm ki, Azərbaycan və Ermənsitan arasında sülh sazişinin imzalanması Ukrayna-Rusiya müharbəsinin qurtamasından asılıdır. Bu müharibə qurtaranda əgər Ukrayna Rusiya üzərində qələbə qazanıb öz ərazi bütövlüyünü bərpa edəcəksə, Rusiya regionda məğlub dövlət olacacaq və Qarabağ problemi də öz müsbət həllini tapacaq. Düzdür, erməni diasporu, bəzi dövlətlər Ermənistanı müdafiə edir və müəyyən addımların atılmasına çalışırlar. Lakin dövlət başçımız hər dəfə qeyd edir ki, kim Azərbaycanda yaşamaq istəyirsə, kimliyindən asılı olmayaraq, Azərbaycanın bayrağını, gerbini, milli valyutasını, o cümlədən də ərazi bütövlüyünü tanımalıdır. Ermənilər Qarabağda yaşamaq istəyirsə, onlar Azərbaycanın qayda-qanunlarına tabe olmalıdır. Onsuz da bu hadisələr gec-tez baş verəcək”.

"İki dövlət arasında sülh sazişinin yaxın gələcəkdə imzalanması real görünürmü?" sualına isə millət vəkili, “hesab edirəm ki, Prezident İlham Əliyevin hazırda yürütdüyü siyasət çox uğurlu siyasətdir və sözügedən sülh müqaviləsi gec-tez bağlanacaq. Ancaq hazırda buna mane olan qüvvələrin çoxdir. Bunu nəzərə alsaq, yaxın vaxtlarda sülh müqaviləsinin imzalanması real görünmür”, - deyə cavab verib.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Pensiya alanlara ŞAD XƏBƏR

  • 08.05.2024 - 13:44
image

Bu gün 4 rayonda qaz olmayacaq

  • 07.05.2024 - 11:25
image

Messi yeni rekorda imza atıb

  • 06.05.2024 - 19:32