Cümə, 26 Aprel

Gürcü avtoritet Moskvada güllələndi - FOTO

image

Rusiyanın paytaxtı Moskva şəhərində kriminal avtoritet, “Giya Dlinnıy” ləqəbi ilə tanınan Giya Diakvnişvili ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.

Xəbər verilir ki, o, Mostovskoe kəndində başından güllə yarası ilə tapılıb.

Hadisə sentyabrın 3-də baş verib. Çağırışla gələn həkimlər Diakvnişvilini gicgahından güllə yarası almış vəziyyətdə tapıblar. Güllə onun kəllə sümüyünün içinə girib və gözünü çıxarıb. Kriminal avtoritet ağır vəziyyətdə xəstəxanaya çatdırılıb.

Hadisə yerinə gələn polis əməkdaşları axtarış zamanı PM markalı qaz tapançası aşkar ediblər. İstintaq “intihara cəhd” və ya “adam öldürməyə təşəbbüs” olaraq hər iki versiyanı gözdən keçirir.

“Giya Dlinnıy” “qanuni oğru”ların ümumi fondunun (obşaq - red.) rəhbəri sayılırdı. Aslan Usoyanın (“Ded Xasan”) sağlığında Giya onu dəstəkləyib və kriminal aləmin digər lideri Tariel Oniyani ilə düşmənçilik edib.

4ea5877f-0af7-490e-baa6-97c324bb610a.jpg (15 KB)

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Blinken Szinpinlə görüşdü

  • 26.04.2024 - 14:55
image

Sabah 31 dərəcə isti olacaq

  • 24.04.2024 - 10:39
image

Şahdağa sulu qar yağıb

  • 23.04.2024 - 11:45
image

Azərbaycanda zəlzələ oldu

  • 23.04.2024 - 09:36
image

Rayonlara dolu yağdı - VİDEO

  • 22.04.2024 - 21:33