Şənbə, 27 Aprel

Vardanyan Xankəndinə qan gətirir 

image

Əsas məsələ onun personası deyil, arxasında duranların planlarıdır

Rusiya vətəndaşlığından imtina edib, Qarabağa (Xankəndə) köçmək qərarı verən biznesmen Ruben Vardanyan ismini belə anlaşılır ki, yaxın aylarda tez-tez eşitməli olacağıq.  Vardanyanı gözlənilmədən Rusiyadan “qaçıran” səbəb haqda danışmaq olar- ölkə indi ciddi sanksiyalar altındadır, böyük biznesin inkişafı əngəllənib, oliqarxlar ciddi pullar itiririrlər. Rusiyadan qaçan biznesmen  təkcə Vardanyan deyil ki... Amma Rusiya vətəndaşlığından çıxmaq qərarını səs-küylü elan etmək nə demək? Yəni bu adam 10-15 min erməni dılğırına görə niyə nümayişkarənə Rusiya vətəndaşlığından imtina edib, Kremlin qəzəbini üstünə çəksin ki? Amerikaya getmir ki, elə Rusiyanın əsgəri olduğu Qarabağa gəlir axı...Bir rus onun təpəsinə “satqın” deyib bir güllə çaxmazmı? 

1625746041_1625741952_sulhmeramli1jpg-1631257806.jpg (45 KB)

O halda ondan başlayaq ki, bu, Rusiyanın razılığı ilə atılmış addımdır. Rusiya vətəndaşı gəlib Qarabağa yerləşsəydi, Bakı haqlı olaraq Moskvadan soruşacaqdır ki, “itinizin burada nə işi?”  O səbəbdən Vardanyan hər şeydən öncə Rusiyanın “çətiri” altından çıxdığı görüntüsü yaradır, Moskvanı Bakının mümkün şübhə və suallardan “sığortalayır”. Əgər tərs köşəyə də baxsaq, məsələn, “Qərbin ermənipərəst dairələri Vardanyanı Rusiyadan qoparıb, Qarabağa göndərə bilərdimi” sualı ilə üzləşərik. Belə düşünmək üçün də haqlı səbəblər var. ABŞ və Fransa israrla “Qarabağ ermənilərinin problemi həll edilməyib” deyir. Amerika da, Fransa da, erməni lobbisi də  “Vardanyan vaqeəsi”nin içində ola bilər. Amma bu da əsas diqqəti Rusiyadan yayındırmır.

Vardanyan hər şeydən öncə Rusiyanın “çətiri” altından çıxdığı görüntüsü yaratdı, Moskvanı Bakının mümkün şübhə və suallarından “sığortaladı” 

 “Rusiya onu niyə indi Qarabağa yerləşdirsin” sualına da cavab var. Qarabağ boşaldıqca, ermənilər ümidsizlişdikcə, Bakı şərtlərini diktə edib əraziləri üzərində nəzarəti bərpa etdikcə, Rusiya narahat olmağa başlayır. Xankəndi və ətraf bölgələrdə bəzi ermənilər reallığı görür, daha xam xəyallarla yaşamağın mümkünsüzlüyünü anlayırlar. Silahı tam yerə qoymaslar da, təslimçilik əhvalı hər ötən gün daha da artır. Bunu sülhməramlıları Qarabağda olan Rusiya hamıdan tez görür. Erməniləri bu əhvaldan çıxarmaq üçün isə yeni “qan”a ehtiyac var. Vardanyan Xankəndinə qan gətirmək üçün lazımdır, təəssüf ki, hər mənada həm də...  

  images.jpg (7 KB)

Vardanyan bilir ki, uzağı Xankəndidə bir dəbdəbəli restoran inşa edər, amma pul qazana bilməz. Çünki ermənilərin daha restoranda şeşələnən vaxtı deyil, Ermənistandan və xaricdən göndərilən yardımlar olmasa, acından ölərlər. Vardanyan indiyədək də Qarabağda ermənilərə ev tikib, yenə də tikə bilər. Amma ermənilərin problemi ev deyil... 

İndi Xankəndidə bir başıpapaqlı, yəni sözükeçən erməni “lider” qalmayıb. Araik Arutyunyan Şuşadan ayaqyalı qaçandan eşşəkdən düşmüş kimidir, uduzmuş Qarabağ klanın liderləri Köçəryan-Sərkisyan ikilisinin isə Xankəndinə gəlməyə üzləri yoxdur. O halda, “imici təmiz”, müxalifətlə və hakimiyyətlə məsafə saxlayan  Vardanyan “lider” roluna ən uyğun namizəd kimi görünür. Pulu var, bölgədə ermənilərin dəstəkçisi  kimi tanınır, üstəlik ilk müraciətində revanşist bəyanat verib, üçtərəfli sənədi “kağız parçası” adlandırıb, bölgənin təhlükəsizlik və inkişafı üzrə hansısa qurum yaratdığını elan edib. 

1068921_01.jpg (53 KB)

Vardanyanın Paşinyanın yerinə hazırlandığı haqda da ehtimallar var, amma bu barədə danışmaq  tezdir. Qarabağ Ermənistanda hakimiyyət üçün tramplin rolunu oynayıb, Köçəryan da, Sərkisyan da hakimiyyətə bu dalğa üzərindən  gəlib. Amma Xankəndinin indi Ermənistan hakimiyyətinə təsir imkanları qalmayıb. Vardanyanın arxasında dayanan qüvvələrin planında Ermənistanda hakimiyyət dəyişikliyi varsa, əvvəlcə Qarabağda separatizmi o həddə alovlandırmaq lazımdır ki, atəşi İrəvana düşsün... 

vardanyan.jpg (256 KB)

Vardanyanın tezliklə Arutyunyanın yerinə əyləşəcəyi real ehtimaldır. Vardanyan erməniləri pul-para ilə dirçəldə də, gümrahlaşdıra, kökəldə də, beyinlərini yenidən dumanlandıra da bilər. Amma Qarabağda yeni ərazilərə iddia etmək, status davası güdmək, Azərbaycana qarşı silahlı müqavimət təşkil etmək Vardanyanın gücü çatacaq iş deyil. O halda bu yeni lider daha çox nə üçün lazım olub? Əsas məsələ Vardanyanın personası deyil, onun arxasında duranların planlarıdır. Bakı da öncə bu planlar əngəlləmək haqda düşünməlidir.   

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Mayda bu 3 bürc varlanacaq

  • 26.04.2024 - 21:42
image

Blinken Szinpinlə görüşdü

  • 26.04.2024 - 14:55
image

Sabah 31 dərəcə isti olacaq

  • 24.04.2024 - 10:39
image

Şahdağa sulu qar yağıb

  • 23.04.2024 - 11:45
image

Azərbaycanda zəlzələ oldu

  • 23.04.2024 - 09:36