Çərşənbə, 15 May

Zelenski villasını ruslara icarəyə verib – İtaliya KİV

image

Rusiya ilə Ukrayna arasındakı müharibə şidətlə davam etdiyi bir vaxtda dünyanın gözü hər iki ölkə liderlərindədir. Hər kəs bu iki adın atdığı hər addımı izləyərkən, Ukrayna lideri Zelenski ilə bağlı iddia gündəmə bomba kimi düşüb.

Xəbər verilir ki, İtaliya mətbuatında çıxan bir xəbər dünya miqyasında böyük səs-küy yaradıb.

Belə ki, xəbərlərdə yer alan iddialara görə, Ukrayna prezidenti Vladimir Zelenski avqust ayı ərzində Toskanadakı lüks villasını ruslara icarəyə verib.

İtalyan qəzetinin xəbərinə görə, Londondan olan rusiyalı cütlük villanı avqust ayı üçün icarəyə götürərək 50 min avro (50 min 237 dollar) ödəyib. Məlumata görə, sahilyanı Forte dei Marmi şəhərində yerləşən villanı Ukrayna lideri Zelenski hələ aktyor olarkən dörd milyon avroya alıb.

“Il Tirreno” qəzetinin məlumatına görə cütlüyün sosial mediada paylaşdığı şəkillər onların Zelenskinin mülkündə qaldığını təsdiqləyib.

Digər İtaliya qəzeti “Corriere Della Serra” da əmlakı idarə edən daşınmaz əmlak agenti ilə əlaqə saxlayıb. “İcarəçilər rus deyildi, lakin mən daha çox şey deyə bilmərəm, çünki bu şəxsi həyata müdaxilədir”, – deyə o bildirib. Qəzet kirayəçilərin çox güman ki, rus əsilli olduğunu, lakin “uzun müddət Böyük Britaniyada yaşayan və bəlkə də Britaniya vətəndaşlığına sahib olduqlarını” bildirib.

Xatırladaq ki, Rusiya qüvvələri Ukraynaya daxil olduqdan sonra Zelenski Aİ-ni rusiyalı ziyarətçilərə viza verməməyə çağırmışdır. O, hətta “Washington Post” qəzetinə verdiyi müsahibəsində rus xalqı “fəlsəfələrini dəyişənə qədər öz dünyalarında yaşamalıdırlar”- deyə açıqlama vermişdir.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Leysan 28 nəfəri öldürdü

  • 12.05.2024 - 17:58
image

Bu gün imtahan VAR

  • 12.05.2024 - 09:00