Şənbə, 18 May

Putin Qorbaçovla belə vidalaşdı - VİDEO

image

Rusiya Prezidenti Vladimir Putin avqustun 30-u vəfat edən SSRİ-nin ilk və son prezidenti Mixail Qorbaçovla vidalaşıb.

Xəbər verilir ki, V.Putin Kalininqrad şəhərinə yola düşməzdən əvvəl Mərkəzi Klinik Xəstəxanaya gələrək Qorbaçovun tabutunun kənarına gül dəstəsi qoyub. 

Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskovun sözlərinə görə, Qorbaçovla vida mərasimi sentyabrın 3-ü təşkil ediləcək. Lakin Rusiya Prezidentinin qrafiki sözügedən mərasimdə iştirak etməyə uyğun gəlmir.

Xatırladaq ki, Mixail Qorbaçov vəsiyyət etdiyi kimi, həyat yoldaşı Raisa Qorbaçovanın yanında Moskvada Novodeviçye qəbiristanlığında dəfn olunacaq.

Azadsoz.com

Video

image
Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Zelenski Xarkova getdi

  • 16.05.2024 - 16:41