Bazar ertəsi, 29 Aprel

ABŞ-da meymunçiçəyindən ilk ölüm qeydə alındı

image

ABŞ-da meymunçiçəyi xəstəliyindən ilk ölüm qeydə alınıb.

Xəbər verilir ki, Texasda meymunçiçəyi xəstəsinin ölümü təsdiqlənib, bu hadisə ABŞ-da xəstəliyə yoluxduqdan sonra ilk ölüm hadisəsidir.

Səhiyyə rəsmilərinin bildirdiyinə görə, ölən Harris qraflığının sakini olub, virusdan əlavə müxtəlif ağır xəstəlikləri var.

Hazırda dünyada meymunçiçəyindən azı 15 ölüm halı qeydə alınıb. Hazırda ABŞ ən böyük epidemiyanı yaşayır - 18 101 yoluxma halı var.

Meymunçiçəyi nadir virus xəstəliyidir, əsasən vəhşi heyvanlardan insanlara ötürülür. Onun əlamətləri hərarət, başağrısı, əzələ və bel ağrısı, titrəmə və yorğunluq daxildir. Dəri səpkiləri üzdə və bədənin digər hissələrində də yaranır.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Sabaha olan hava proqnozu

  • 29.04.2024 - 15:40
image

Bazar günü imtahan olacaq

  • 29.04.2024 - 14:15
image

Sabah hava necə olacaq?

  • 27.04.2024 - 10:57
image

Mayda bu 3 bürc varlanacaq

  • 26.04.2024 - 21:42
image

Blinken Szinpinlə görüşdü

  • 26.04.2024 - 14:55