Şənbə, 18 May

İran PUA-larının ilk partiyası Rusiyada

image

İranın Ukrayna müharibəsində istifadə edilmək üçün Rusiyaya silahlı pilotsuz uçuş aparatları (SİHA) göndərdiyi, lakin ilkin texniki sınaqların rusları qane etmədiyi iddia edilib.

Məlumata görə, “Vaşinqton Post” qəzeti adı açıqlanmayan Qərb kəşfiyyat rəsmilərinə istinadla yazır ki, radar, artilleriya və digər hərbi hədəflərə qarşı hücumlar üçün sursat daşıya bilən ən azı iki növ SİHA daşıyan İran nəqliyyat təyyarələri avqustun 19-da Rusiyaya yola düşüb.

Xəbərdə, rəsmi şəxslərin İranın Rusiyaya “Muhacir-6” və “Şahed” seriyalı SİHA-ları göndərdiyini düşündüyü və bunun Tehran tərəfindən göndəriləcək yüzlərlə pilotsuz uçuş aparatının (PUA) iştirak etdiyi ilk partiya olduğu bildirilir.

İran pilotsuz təyyarələrinin Rusiyaya çatdıqdan sonra ilk texniki sınaqlarının keçirildiyini deyən Qərb kəşfiyyat rəsmisi deyib ki, sistemdə olan səhvlər rusları qane etmir.

Qərb rəsmilərinin fikrincə, 1500-2000 hərbi müşahidə PUA-sı olan Rusiyanın “düşmən ərazisinin dərinliklərindəki hədəfləri dəqiq vura bilən” dronları nisbətən azdır və İran SİHA-ları Rusiya tərəfindən Ukraynada istifadə olunur.

ABŞ-ın milli təhlükəsizlik üzrə müşaviri Cek Sallivan iyulun 11-də Ağ Evdə verdiyi açıqlamada İranın Ukrayna müharibəsi üçün Moskvaya yüzlərlə pilotsuz uçan aparatı göndərəcəyi və rus əsgərlərinə pilotsuz uçuş aparatları öyrədəcəyi barədə kəşfiyyat məlumatlarına malik olduğunu bildirmişdi.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Zelenski Xarkova getdi

  • 16.05.2024 - 16:41