Bazar, 19 May

“The Guardian”dan Ukraynadakı müharibənin 5 ssenarisi

image

Rusiya ilə Ukrayna arasındakı müharibə genişmiqyaslı işğal hərəkatının başlamasından 6 ay sonra dalana dirənib.

Xəbər verilir ki, bu barədə Britaniyanın “The Guardian” qəzetində dərc olunmuş məqaləsində deyilir.

Qəzet mövcud vəziyyəti təhlil edib və gələcək inkişaf üçün 5 proqnoz verib.

1-ci proqnoza görə, müharibənin ən azı bir il davam etməsi ehtimalı var. Lakin mahiyyət etibarı ilə o, artıq dalana dirənib və intensivliyi getdikcə azalır.

Materialda qeyd edildiyi kimi, müharibədən yarım il keçsə də, nə Ukrayna, nə də Rusiya verilən itkilərə baxmayaraq, hərbi əməliyyatları dayandırmağa hazırdır. Ukrayna işğal olunan ərazilərini qaytarmaq, Rusiya isə təkcə düşməninə deyil, dolayısı ilə Qərbə də ziyan vurmaqda davam etmək istəyir. Eyni zamanda, Kreml qışın ona sərf edəcəyinə inanır.

Proqnozun ikinci bəndinə görə, Ukraynanın effektiv əks-hücum üçün vasitələri yoxdur və partizan basqınları Rusiyanın süqutunu sürətləndirmək yolunda optimist üsuldur.

Ukraynanın Prezident Aparatı rəhbərinin müşaviri Mixail Podolyak da əsas məqsədin Rusiya qüvvələrinin daxilində xaos yaratmaq olduğunu söyləyib. Lakin bu, işğalçıların hücumunun effektivliyini azaltsa da, çətin ki, bəzi Ukrayna rəsmilərinin ümid etdiyi kimi, rusların öz-özünə dağılmasına və Xersonu könüllü təslim etməsinə gətirib çıxarsın.

Üçüncü proqnoza görə, Rusiya irəliməməyi arzulasa da, hazırda diqqətini daha çox əldə etdiklərini qoruyub saxlamağa və Ukrayna ərazisini ilhaq etməyə yönəldəcək.

Proqnozun dördüncü bəndinə əsasən, qış yeni qaçqın böhranını sürətləndirəcək və ən yaxşı hazırlıqlı olanlar üçün imkanlar yaradacaq.

Qış hər iki tərəf üçün strateji baxımdan çox vacibdir. Ukrayna artıq humanitar problemlərdən narahatdır, çünki Donetsk vilayətində və digər cəbhəyanı ərazilərdə qaz isitmə sistemi yoxdur. Bu səbəbdən 2 milyona qədər insanın Polşayla sərhədi keçəcəyi güman olunur.

Proqnozun beşinci bəndinə görə, Qərb Ukraynanın qalib gəlməsini istəyib-istəmədiyinə artıq qərar verməlidir.

“Qərbin hərbi yardımı olmasaydı, Ukrayna çoxdan məğlub olardı. Amma indiyə qədər Qərb Kiyevi işğalçıları geri otrutmaq üçün kifayət qədər artilleriya və ya döyüş təyyarələri kimi digər silahlarla təmin etməyib. Siyasətçilər Rusiyanın müharibədən əvvəlki sərhədlərə geri çəkilməsi zərurətindən danışırlar. Lakin bunun üçün Ukraynanı kifayət qədər texnika ilə təmin etmirlər”, - məqalədə deyilir.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Zelenski Xarkova getdi

  • 16.05.2024 - 16:41