Bazar ertəsi, 29 Aprel

Rusiya sülhməramlıları Xankəndi-Gorus yoluna yerləşdirildi

image

“Rusiya sülhməramlıları artıq yeni Stepanakert (Xankəndi)-Gorus marşrutunun 4,7 kilometrlik hissəsinə yerləşdirilib”.

Xəbər verilir ki, bu barədə qondarma rejimin “ərazi idarəetmə və infrastruktur nazirinin mətbuat katibi” Viktoriya Petrosyan məlumat verib.

““Artsax”ı Ermənistanla birləşdirən yeni marşrutun müvəqqəti hissəsi tamamilə asfaltlanıb. Bu yol da Stepanakert (Xankəndi)-Berdzor (Laçın)-Gorus yolu ilə eyni məntiqlə işləyəcək. “Artsax”ı Ermənistanla birləşdirən dəhlizin əsas yol hissəsinin tikintisi başa çatana qədər yeni marşrut artıq fəaliyyətdədir. Hazırda orada Rusiya sülhməramlıları yerləşdirilib və monitorinq aparırlar”, - deyə V. Petrosyan deyib.

Onun sözlərinə görə, yola ilboyu müvafiq mütəxəssislər tərəfindən xidmət göstəriləcək və hava şəraitindən asılı olmayaraq, nəqliyyatın hərəkətində heç bir problem olmayacaq. 

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Sabaha olan hava proqnozu

  • 29.04.2024 - 15:40
image

Bazar günü imtahan olacaq

  • 29.04.2024 - 14:15
image

Sabah hava necə olacaq?

  • 27.04.2024 - 10:57
image

Mayda bu 3 bürc varlanacaq

  • 26.04.2024 - 21:42