Cümə, 26 Aprel

Sənay Yağmurla bağlı qurumlara müraciət edildi

image

Çevik Ekspertlər Qrupu AXCP funksioneri Fuad Qəhrəmanlının qızı Sənay Yağmurun işi ilə bağlı Ədliyyə Nazirliyinə, Ombudsmana, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinə müraciət edib. 

Xəbər verilir ki, müraciəti qadın hüquq müdafiəçisi Mehriban Zeynalova ictimailəşdirib. 

Müraciətdə deyilir:

"Biz, Çevik Ekspertlər Qrupu 25 avqust 2020-ci il tarixində gənc qız Sənay Yağmura qarşı baş vermiş zorlama faktı üzrə zərərçəkmişin şikayətinə əsasən başlamış cinayət işinə baxılmasının 2 ildən artıq davam etməsindən ciddi narahatıq. Təəssüf ki, hazırkı tarixə qədər iş üzrə məhkəmə hökmü elan edilməyib və zərərçəkən şəxs Sənay Yağmura münasibətdə ədalət mühakiməsi təmin edilməyib.

Cinsi zorakılıq, o cümlədən zorlama cinayəti bütün dövlətlərdə baş verən və şəxsin hüquqlarını ağır formada pozan dəhşətli cinayətlərdən biridir. Bu cinayət şəxslərin yalnız fiziki toxunulmazlığına deyil, həmçinin psixoloji toxunulmazlığına da mənfi təsir edərək zərərçəkənlərin həyatında uzunmüddətli və davamlı iz qoyan bir əməldir.

Çox təəssüf ki, hazırda Azərbaycan cəmiyyətində cinsi məsələlərdə qadınların əleyhinə mövcud olan stereotiplər və stiqma cinsi zorakılıqdan zərərçəkənlərə, hətta zorlanma qurbanı uşaq olduqda belə qeyd edilən risklərdən sığrota oluna bilmir. Bir çox zərərçəkənlər məhz mövcud olan sterotiplərə görə üzləşdiyi zorlama faktları ilə bağlı məlumatı verməkdən çəkinir və nəticədə cinayət törətmiş şəxslər azad şəkildə cinayətdən yaxa qurtarır, yaxud eyni cinayəti başqalarına qarşı törədə bilirlər.

Azərbaycan Respublikasının Konstitutsiyasının 17-ci maddəsinin VI bəndində: “Uşaq hüquqlarının həyata keçirilməsinə dövlət nəzarət edir” yazılmaqla onların bütün məsuliyyətini dövlət öz üzərinə götürür. Konstitutsiyanın 31-ci maddəsində: “Hər kəsin təhlükəsiz yaşamaq hüququ olması və qanunda nəzərdə tutulmuş hallar istisna olmaqla, şəxsin həyatına, fiziki və mənəvi sağlamlığına, mülkiyyətinə, mənzilinə qəsd etmək, ona qarşı zor işlədilməsin qəti qadağan edilir”. 

Dövlətin Ana Qanununun bu maddələrini əsas götürərək həm dövlət cinsi zorakılıqdan zərərçəkən şəxslərin hüquqlarının bərpası istiqamətində səmərəli tədbirlər görməli, həm də cəmiyyət zorlama cinayətlərinin digər cinayətlər kimi cəzasız qalmamasının şahidi olmalıdır. Bəlkə də, azyaşlı qızlara qarşı həyata keçirilən zorakılıqlar, onların hüquqlarını pozanların bu günə qədər cəzasız qalması son aylarda Azərbaycanı müxtəlif rayonlarında qadın hüquqlarının, xüsusilə də gənc qızların hüquqlarını pozan halların artmasına rəvac vermişdir.

Biz Çevik Ekspertlər Qrupu olaraq bildiririk ki, cinsi zorakılıqdan aktual və potensial zərərçəkənlərin effektiv ədalət mühakiməsinə əl çatanlığı təmin edilməli, məhkəmə prosesləri qanunsuz olaraq bu qədər uzadılmamalı, Sanay Yağmurun dəfələrlə psixoloji gərginlik içərisində ifadə verməsi dayandırılmalıdır.

Müraciət ünvanlanan qurumlardan, zorlama cinayətləri ilə bağlı mövcud olan sterotiplərin, ehkamların, aradan qaldırılması üçün davamlı nəzarətin həyata keçirilməsini və bu prosesslərdə QHT - iştirakının təmin edilməsini labüd ehsab edirik". 

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Blinken Szinpinlə görüşdü

  • 26.04.2024 - 14:55
image

Sabah 31 dərəcə isti olacaq

  • 24.04.2024 - 10:39
image

Şahdağa sulu qar yağıb

  • 23.04.2024 - 11:45
image

Azərbaycanda zəlzələ oldu

  • 23.04.2024 - 09:36
image

Rayonlara dolu yağdı - VİDEO

  • 22.04.2024 - 21:33