Cümə, 26 Aprel

Gülşən barədə məhkəmə qərar verdi - FOTO/VİDEO

image

Konsertində söylədiyi sözlərə görə həbs olunantürkiyəli müğənni Gülşən Çolakoğlunun cəzası ev dustaqlığı ilə əvəzlənib.

Məlumata görə, ifaçının həbs olunaraq Bakırköy Qadın Qapalı Həbsxanasına aparılmasına vəkili Emek Emre etiraz etmişdi. Bu gün keçirilən məhkəmədə hakim etirazı qəbul edib.

Xatırladaq ki, Gülşən “xalqı kin və düşmənçiliyə sövq etmək”də ittiham olunur.

Buna səbəb isə ifaçının musiqiçiyə dediyi sözlər olub. Onun səhnədə: “Daha əvvəl “İmam Hatip”də təhsil almışdı, əxlaqsızlığı bundandır”, - dediyi görüntülər müzakirələrə səbəb olub və İmam Hatip liseyinin şagirdlərinə təhqir kimi qəbul edilib.

Gülşən isə ifadəsində deyib ki, hadisə 30 aprel 2022-ci ildə Ataşehirdə konsertdə baş verib.

“Bu qısa görüntü aylar sonra kim tərəfindən və nə məqsədlə tirajlanıb, bilmirəm. Lakin hesab edirəm ki, bu, təxribat məqsədi daşıyır”, - deyə o bildirib.

Azadsoz.com

Video

image
Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Blinken Szinpinlə görüşdü

  • 26.04.2024 - 14:55
image

Sabah 31 dərəcə isti olacaq

  • 24.04.2024 - 10:39
image

Şahdağa sulu qar yağıb

  • 23.04.2024 - 11:45
image

Azərbaycanda zəlzələ oldu

  • 23.04.2024 - 09:36
image

Rayonlara dolu yağdı - VİDEO

  • 22.04.2024 - 21:33