Cümə axşamı, 09 May

Baydenin namizədindən ermənilərə dəstək - Azərbaycan USAID-ə necə inansın?

image

ABŞ-ın BMT-dəki keçmiş səfiri, namizədliyi ABŞ Prezidenti Co Bayden tərəfindən Beynəlxalq İnkişaf Agentliyinin (USAID) rəhbəri vəzifəsinə irəli sürülən Samanta Pauer növbəti dəfə ermənilərə dəstəyini nümayiş etdirib.

Xəbər verilir ki, o, tvitter səhifəsində “erməni soyqırımı”na aid silsilə tvitlər yazıb.

Pauer bildirib ki, tədbirlərin birində hələ Prezident olmayan Co Bayden ona “erməni soyqırımı”nı ilk fürsətdə tanıyacağını demişdi.

“Bu gün Birləşmiş Ştatların Prezidenti olaraq o belə də etdi”, - o qeyd edib.

Qeyd etmək lazımdır ki, "erməni soyqırımı"nı dəlicəsinə təbliğ edən və hətta 24 aprel tarixini doğum günü elan edən S.Pauer USAID rəhbəri təyin olunacağı təqdirdə, USAID erməni təbliğat maşınına çevriləcək. Demək, artıq Azərbaycan USAID-ə də etibar edə bilməz...

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Pensiya alanlara ŞAD XƏBƏR

  • 08.05.2024 - 13:44
image

Bu gün 4 rayonda qaz olmayacaq

  • 07.05.2024 - 11:25
image

Messi yeni rekorda imza atıb

  • 06.05.2024 - 19:32