Bazar ertəsi, 29 Aprel

“Dünyada meymunçiçəyinə yoluxma 20%-dən çox artıb” - ÜST

image

Ötən həftə dünyada meymunçiçəyinə yoluxanların sayı 20%-dən çox artıb.

Xəbər verilir ki, bu barədə ÜST-ün baş direktoru Tedros Adhanom Qebreyesus mətbuat konfransında bildirib .

Qeyd edilir ki, son bir həftə ərzində 7500-ə yaxın yeni meymunçiçəyinə yoluxma hadisəsi aşkar edilib. Ümumilikdə, 92 ölkədə 35 mindən çox yoluxma halı qeydə alınıb, 12 nəfərin öldüyü bildirilir.

Mütəxəssislərin sözlərinə görə, yoluxma adətən öz həmcinsi ilə cinsi münasibətdə olan kişilərdə müşahidə olunur.

Qurumdan həmçinin “Jynneos” adlı meymunçiçəyi peyvəndinin dünyada mövcud ehtiyatının əlçatanlığını təmin etməyin vacibliyi vurğulanıb. Vaksin 100% təsirli olmasa da, yoluxmanın daha da artması halında risk qrupları tərəfindən istifadə edilməsi tövsiyə oluna bilər, çünki vaksinasiya hətta xəstəlikdən sonra olsa meymunçiçəyini ağır keçirmə riskini azalda bilər.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Bazar günü imtahan olacaq

  • 29.04.2024 - 14:15
image

Sabah hava necə olacaq?

  • 27.04.2024 - 10:57
image

Mayda bu 3 bürc varlanacaq

  • 26.04.2024 - 21:42
image

Blinken Szinpinlə görüşdü

  • 26.04.2024 - 14:55