Cümə, 10 May

Estoniya Rusiya ilə sərhəddə yük maşınlarının keçidini dayandırdı

image

Estoniya hakimiyyəti Rusiya ilə həmsərhəd olan Narvadakı keçid məntəqəsində yük maşınlarının keçidini dayandırıb .

Xəbər verilir ki, bu barədə ERR portalı məlumat yayıb.

Qeyd olunur ki, söhbət müvəqqəti məhdudiyyətlərdən gedir: onlar TEN-T tranzit yollarının və Tulevik küçəsinin yenidən qurulması layihəsi çərçivəsində 2,5-3 ay müddətində qüvvədə olacaq. Narvadan iri həcmli nəqliyyat vasitələri Luhamaa və Koidula istiqamətləndiriləcək.

Narvanın hüquq-mühafizə orqanlarının yüksək vəzifəli əməkdaşı Dmitri Dyakovun izah etdiyi kimi, bu qərar Polis Departamenti, Vergi və Gömrük Şurası, gözləmə zonasının operatorları, inşaatçılar və şəhər mütəxəssisləri ilə geniş müzakirə olunub.

“Aparılan nəzarət sınaqları göstərdi ki, Tulevik küçəsinin yenidən qurulması mərhələsində iriqabaritli avtomobillər sərhəd-keçid məntəqəsinin darvazalarından keçə bilməyəcək”.

May ayında Pskov yaxınlığında Estoniyadan Rusiya Federasiyasına daxil olmaq üçün yük maşınlarının növbəsinin bir həftə ərzində iki dəfə artdığı barədə məlumat verilib.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Pensiya alanlara ŞAD XƏBƏR

  • 08.05.2024 - 13:44
image

Bu gün 4 rayonda qaz olmayacaq

  • 07.05.2024 - 11:25
image

Messi yeni rekorda imza atıb

  • 06.05.2024 - 19:32