Cümə, 10 May

Ermənistanda bomba həyəcanı ilə bağlı rəsmi açıqlama - YENİLƏNİB

image

Ermənistanın “Şirak” hava limanına və Gümrü dəmiryolu vağzalına bomba qoyulması haqqında məlumat yalan çıxıb.

Bu barədə respublikanın Fövqəladə Hallar Nazirliyinin mətbuat Xidmətindən xəbər verilib.

Bildirilir ki, sözügedən yerlərdə heç bir partlayıcı tapılmayıb.

13:40

Ermənistanın “Şirak” hava limanına və Gümrü dəmiryolu vağzalına bomba qoyulması barədə xəbər yayılıb.

Bununla bağlı respublikanın Fövqəladə Hallar Nazirliyinə məlumat daxil olub.

Bundan sonra sərnişinlər, işçilər hava limanından, həmçinin dəmiryol vağzalından təxliyə ediliblər, ərazilərə istehkamçılar və kinoloqlar cəlb olunublar.

O da qeyd olunur ki, bu gün və sabah “Şirak” hava limanında uçuş və eniş nəzərdə tutulmayıb.

Xatırladaq ki, dünən də İrəvanın “Zvartnots” hava limanına və Ermənistan paytaxtındakı metro stansiyalarına bomba qoyulması barədə məlumatlar yayılmışdı.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Pensiya alanlara ŞAD XƏBƏR

  • 08.05.2024 - 13:44
image

Bu gün 4 rayonda qaz olmayacaq

  • 07.05.2024 - 11:25
image

Messi yeni rekorda imza atıb

  • 06.05.2024 - 19:32