Şənbə, 11 May

Okeanda tullantı “şleyfi” peykdən izlənilir - FOTO

image

Hər dəqiqə təxminən bir yük maşını dolusu plastik tullantı okeana axır.

Bu barədə Avropa Kosmik Agentliyi xəbər yayıb.

Bildirilir ki, bunun ekologiyaya vurduğu zərərin təsirini azaltmaq üçün qurum müxtəlif yollara baş vurur.

Bunlardan biri də okeana daxil olan tullantıları izləmək üçün peyklərdən istifadəni nəzərdə tutan MARLISAT layihəsidir.

Alimlər daha yaxşı nəticə üçün zibillərin arasına onlarla eyni yolu gedən xüsusi taxta buylar (gəmi yolları, gəmiçilik üçün təhlükəli olan yerləri hüdudlamaq, suyun altındakı hər hansı bir əşyanın yerini işarələmək və s. üçün müəyyən forma və rəngdə üzgəc - red.) yerləşdiriblər. Buylardan göndərilən siqnallar alimlər tərəfindən təhlil edilir və tullantıların okeanda istiqamətini, harada toplandığını proqnozlaşdırmağa imkan verir.

Mütəxəssislərin fikrincə, zibil onun içinə düşən heyvanların ölümünə səbəb olur. Bundan əlavə, tullantılar ultrabənövşəyi radiasiyadan təsirlənir, kimyəvi proseslər stimullaşdırılır, bunun nəticəsində toksinlər buraxılır.

MARLISAT layihəsinin okeandakı tullantıların miqdarını azaldacağına ümid edilir.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Pensiya alanlara ŞAD XƏBƏR

  • 08.05.2024 - 13:44
image

Bu gün 4 rayonda qaz olmayacaq

  • 07.05.2024 - 11:25