Cümə axşamı, 09 May

Qubadlıdan Sumqayıta tonlarla balığı kimlər gətirir?

image

Azərbaycan 44 günlük Vətən müharibəsi nəticəsində öz torpaqlarını düşmən tapdağından azad etdi. 30 il işğalda olan torpaqlar 44 gün ərzində ermənilərdən təmizləndi. Artıq ölkə başçısının tövsiyyə və tapşırıqlarına əsasən həmin ərazilərin minalardan təmizlənməsi, bərpası və yenidənqurulması, eləcə də məcburi köçkünlərin öz ata-baba yurdlarına geri qaytarılması istiqamətində işlər aparılır. Deyəsən 30 illik düşməni məğlub etmək, içimizdəki gözəgörünməz mənfur qüvvələri zərərsizləşdirməkdən daha asan olub.

Niyəsinə bir az sonra aydınlıq gətirəcəm. Hələlik qeyd edim ki, ölkədə korrupsiya və rüşvətxorluğa qarşı Vətən müharibəsindən öncə başladılan mübarizə indi də davam edir. Monopolist, büdcəyə qənim kəsilən məmur-oliqarxların cəzalandırılması uğurla həyata keçirilir. Lakin görünən odur ki, bu proseslərdən dərs çıxarmayanlar hələ də qalmaqdadır. Təsəvvür edin ki, işğaldan azad edilən ərazilərdə hələ infrastruktur qurulmadan, insanlar ora köçürülmədən, torpaqlar minalardan təmizlənmədən, artıq həmin bölgələrin məhsulları işbazlar tərəfindən bazarlarda və iri marketlərdə satışa çıxarılır. Yəqin ki, buna inanmaq bir qədər çətin olacaq. Elə mən də alış-veriş etdiyim marketlərdən birində üzərinə “Həkəri balığı” yazılan paketi görənə qədər belə bir şeyin doğru olacağına heç vaxt inanmazdım. Axı Qubadlı hələ bir neçə ay öncə işğaldan azad edilib, axı hələ orada heç bir infrastruktur qurulmayıb, insanlar məskunlaşmayıb… O zaman Həkəri və Bərgüşad çaylarının dadı dillər əzbəri olan balıqlarını kütləvi şəkildə kim və ya kimlər ovlayır? Bu balıqları marketlərdə kimlər satdırır?

Mövzu ilə bağlı kiçik bir araşdırma aparmağa çalışdıq. Həmin məhsulun satıldığ mağazalardan birinin əməkdaşı ilə apardığımız söhbətdən məlum oldu ki, “Həkəri balığı” həqiqətən də Qubadlıdan gətirilib və Sumqayıtda yerləşən iri marketlərdən birində satışa çıxarılır. Mağaza əməkdaşı balıqların kim tərəfindən ovlandığını və satışa çıxarıldığını açıqlamasa da, məhsulun İran vasitəsi ilə gətirildiyini dedi. Lakin bu sualın cavabını məntiqlə tapmaq o qədər də çətin deyil. Təbii ki, tonlarla balığı ovlamaq, onu Qubadlıdan Sumqayıta çatdırmaq sadə vətəndaşın işi ola bilməz.

Odur ki, hazırda bir çox sahələrin monopolist oliqarxların inhisarında olduğunu nəzərə alsaq, kütləvi balıq ovunun və satışının da həmin şəxslərdən biri tərəfindən həyata keçirildiyi heç kimdə şübhə doğurmamalıdır. Çünki minalardan tam təmizlənməyən, hərbçilərin nəzarətində olan, hər yoldan keçən insanın buraxılmadığı bir əraziyə girmək, tonlarla balığı qanunsuz ovlamaq və şəhərdəki marketlərdə satışını təşkil etmək yalnız və yalnız hansısa iri ranqlı məmur-oliqarxın “fəaliyyəti” ola bilər.

Həkəri və Bərgüşadın qovuşduğu hissəyə qızıl xallı forelin buraxılır”

Mövzu ilə bağlı  açıqlama verən Milli Ekoloji Proqnozlaşdırma Mərkəzinin rəhbəri Telman Zeynalov bunun “ən alçaq” hərəkət olduğunu deyib: “Ola bilər ki, balıqlar zəhərlidir. Deməli bunlar Azərbaycan xalqını zəhərləmək niyyətindədir”. O ərazilərə 4 nazirlikdən komissiya göndərilib. Mən qeyri-hökumət təşkilatlarından da nümayəndə göndərilməsini təklif etmişdim. Ancaq bizi nəzərə almayıblar. Bu gün o zonada suyun, torpağın, flora və faunanın kimyəvi analizlərini görmədən, o torpaqların ermənilər tərəfindən zəhərlənib-zəhərlənmədiyini bilmədən balıqları ovlayıb insanlara satanlar ən alçaq adamlardır. Bu yolla pul qazanmaq olmaz. Kim onlara balıq ovlayıb satmağa icazə verir?. Bütün bunları araşdırmaq lazımdır”.

Telman Zeynalov əlavə edib ki, bu problem mətbuatda işıqlandırıldıqdan sonra, çox güman ki cənab Prezidentə çatacaq: “Bundan sonra yəqin ki, məsələ araşdırılacaq. O qədər ac insanlardırlar ki, oradan zərərli məhsulları gətirib paytaxt və digər şəhərlərdə satdırırlar. Dövlət sözügedən məsələni araşdırmalı, bunu kimlərin etdiyini aşkara çıxarmalı və ictimaiyyətə açıqlamalıdır”.

QEYD. “Həkəri balığı” Sumqayıtda yerləşən iri supermarketlərdən birində yalnız bir dəfə satışa çıxarılıb. Daha sonra işbazlar həmin balığın satışını təşkil etməkdən çəkiniblər. Həmin supermarketin adı və hansı məmurun kurasiyasında olduğu bizə məlumdur. Mövzunu diqqətdə saxlayacağıq və  “Həkəri balığı” yenidən satışa çıxarılsa, o zaman adları açıqlayacağıq.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Pensiya alanlara ŞAD XƏBƏR

  • 08.05.2024 - 13:44
image

Bu gün 4 rayonda qaz olmayacaq

  • 07.05.2024 - 11:25
image

Messi yeni rekorda imza atıb

  • 06.05.2024 - 19:32