Türkiyə kəşfiyyatı Suriyada xüsusi əməliyyat keçirdi - ŞOK
Türkiyə kəşfiyyatı Suriyada xüsusi əməliyyat keçirdi - ŞOK
PKK/KCK terror təşkilatının Suriyadaki qolunun PYD/YPG-nin komandirlərindən olan və “Şeh Guyi” ləqəbi adı ilə tanınan terrorçu İbrahim Babat Suriyada saxlanılaraq Türkiyəyə gətirilib.
Aftafa.tv yerli KİV-ə istinadən bildirir ki, terrorçunun yaxalanması və Türkiyəyə gətirilməsi qardaş ölkənin Milli Kəşfiyyat Təşkilatı (MİT) tərəfindən keçirilən əməliyyat nəticəsində baş tutub.
Terrorçunun “Şülh çeşməsi” antiterror əməliyyatlarının aparıldığı ərazidə və Türkiyə-Suriya sərhədində Türkiyə Ordusunun qərargahına planlaşdırdığı terror hücumunun qarşısı alınıb.
İ.Babatın ifadəsi əsasında terror təşkilatına aid çoxlu sayda silah-sursat aşkarlanaraq müsadirə edilib.
Qeyd edək ki, Türkiyə vətəndaşı olan İ.Babat terror qruplaşmasına 2011-ci ildə qatılıb. 2017-ci ildə Suriyaya keçərək orada qruplaşmanın “briqada komandanı” vəzifəsində fəaliyyət göstərməyə başlayıb.
Aftafa.tv
Azadsoz.com