Bazar ertəsi, 29 Aprel

Deputatın biznesmen oğlu məhkəməyə verildi – FOTO

image

Deputat Fəzail Ağamalının oğlu Elçin Ağamalı məhkəməyə verilib.

Məlumata görə, onun barəsində Dövlət Vergi Xidmətinin 5 Saylı Ərazi Vergilər İdarəsi Bakı Kommersiya Məhkəməsinə müraciət edib.

Məlum olub ki, Elçin Ağamalı rəhbəri olduğu “La Vida” MMC-nin vergi borclarını ödəmədiyi üçün barəsində iddia qaldırılıb. Bu günə olan rəsmi məlumatlara görə, “La Vida” şirkətinin 4437 manat ödənilməmiş vergi borcu var. İşə hakim Ülkər Həsənovanın sədrliyi ilə baxılacaq.

Qeyd edək ki, Elçin Ağamalı biznesmen kimi tanınır. O, eyni zamanda “Altus” MMC-nin sahibi kimi tanınır. O, 3 il öncə də kredit mübahisəsinə görə məhkəməyə verilmişdi. E.Ağamalıya qarşı iddia “PAŞA Bank” tərəfindən qaldırılmışdı.

Fəzail Ağamalı 27 ildir Milli Məclisin deputatıdır.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Sabaha olan hava proqnozu

  • 29.04.2024 - 15:40
image

Bazar günü imtahan olacaq

  • 29.04.2024 - 14:15
image

Sabah hava necə olacaq?

  • 27.04.2024 - 10:57
image

Mayda bu 3 bürc varlanacaq

  • 26.04.2024 - 21:42
image

Blinken Szinpinlə görüşdü

  • 26.04.2024 - 14:55