Cümə axşamı, 09 May

“Barselona” azarkeşlərinə şad xəbər: Böhran arxada qalır

image

“Barselona” klubu yay transfer pəncərəsi zamanı yeni oyunçular almaq üçün ABŞ-ın “Sixth Street” investisiya qrupu ilə 300 milyon avroluq müqavilə imzalayıb.

Bu barədə “Financial Times” məlumatlı mənbəyə istinadla xəbər verib.

Bildirilir ki, imzalanan müqaviləyə əsasən, tərəfdaşlar kluba 300 milyon avro ödəyəcək və bunun müqabilində televiziya hüquqlarının 15 faizini  25 il müddətinə alacaqlar. Xatırladaq ki, bu yaxınlarda kataloniyalılar televiziya hüquqlarının 10 faizini bu şirkətə 207,5 milyon avroya satmışdılar.

Biznesin bir hissəsinin satılması ilə bağlı qərar klub rəhbərliyi tərəfindən ötən mövsümdə yaranan maliyyə çətinlikləri ilə əlaqədar verilib.

Qeyd edək ki, “Barselona” maliyyə böhranına görə son zamanlar transfer pəncərəsindən lazımi şəkildə istifadə edə bilmirdi. Ekspertlərin fikrincə, “Spotify”la bağlanmış müqavilədənsonra daha bir böyük məbləğli müqavilə klubu böhrandan çıxaracaq.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Pensiya alanlara ŞAD XƏBƏR

  • 08.05.2024 - 13:44
image

Bu gün 4 rayonda qaz olmayacaq

  • 07.05.2024 - 11:25
image

Messi yeni rekorda imza atıb

  • 06.05.2024 - 19:32