Cümə, 10 May

ABŞ-da ilk dəfə olaraq insan beyninə daimi implant yeridildi

image

Nyu-Yorkda 48 yaşlı iflic xəstənin beyninə rəqəmsal cihazları telepatik yolla idarə etməyə imkan verəcək dörd santimetrlik çip yerləşdirilib.

Bu, amiotrofik sklerozdan əziyyət çəkən və iflic olan bir şəxsə daimi beyin-kompüter interfeysinin ilk implantasiyasıdır.

İmplant “Neuralink”in rəqibi olan “Synchron” tərəfindən hazırlanıb.

Ekspertlərin fikrincə, cihaz artıq İlon Maskın beyin implantlarını qabaqlayır.

İmplantın interfeysində beyin fəaliyyətinə nəzarət edən və insanın nəyisə düşündüyü zaman neyronların fəaliyyətini qeydə alan 16 elektrod var. Çip xəstənin sinəsinə implantasiya edilmiş başqa bir cihaza birləşdirilir. Yeni texnologiya sayəsində insan beyindən gələn siqnalları kompüter və ya smartfon kimi rəqəmsal cihazlara ötürə və beləliklə, onları idarə edə biləcək.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Pensiya alanlara ŞAD XƏBƏR

  • 08.05.2024 - 13:44
image

Bu gün 4 rayonda qaz olmayacaq

  • 07.05.2024 - 11:25
image

Messi yeni rekorda imza atıb

  • 06.05.2024 - 19:32