Şənbə, 11 May

Şoyqunun Rüstəm Muradovla görüşü təsdiqlədi ki, əsas hədəf... - Şok iddia

image

Müharibənin indiki mərhələsində Rusiya Slavyanskdansa, Seversk və Baxmutun alınmasına diqqət yetirəcək.

Xəbər verilir ki, bu barədə Müharibə Araşdırmaları İnstitutu (ISW) bildirib.

İnstitutun təhlilçiləri qeyd edirlər ki, işğalçıların Baxmut və Seversk planlarını iyulun 18-də Rusiyanın müdafiə naziri Sergey Şoyqunun Şərq Qüvvələr Qrupunun komandanı, general-leytenant Rüstəm Muradovla görüşü də təsdiqləyir.

Rusiya Müdafiə Nazirliyinin məlumatına görə, Şoyqu Şərq Qrupuna baxış keçirib və Muradova Ukraynanın uzaqmənzilli raket və artilleriya sistemlərinin məhvinə diqqət yetirməyi tapşırıb.

Ekspertlərin qeyd etdiyi kimi, Muradov İzyum istiqamətində qoşunlara rəhbərlik edir. Bu qrup Slavyanskın tutulması üzərində işləyir, lakin Şoyqu generalın göstərişi ilə ərazinin ələ keçirilməsinə üstünlük verməyib.

ISW ilk dəfə olaraq müharibənin bu mərhələsində Ukraynada fəaliyyət göstərən Şərq Qoşun Qrupuna birbaşa istinadı aşkar edib. General-polkovnik Aleksandr Lapinin və ordu generalı Sergey Surovikinin komandanlığı altında Mərkəzi və Cənub qoşun qruplarının iştirakı əvvəllər məlum idi.

Şərq qoşun qruplaşması, ehtimal ki, Rusiya Federasiyasının Şərq Hərbi Dairəsinin İzyum istiqamətində fəaliyyət göstərən bölmələrindən ibarətdir.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Pensiya alanlara ŞAD XƏBƏR

  • 08.05.2024 - 13:44