Cümə axşamı, 09 May

Qurban Qurbanov “Sürix“lə oyundan danışdı

image

“Bu komandaya qarşı oyuna hazırlaşmaq üçün bir həftə vaxtımız var idi. Bundan maksimum istifadə etmək istədik. Rəqibin son matçlarını təhlil etmişik, onların son çempionat matçındakı hesabı bizi aldada bilər”.

Bunu “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Bakıda İsveçrə “Sürix”inə qarşı keçirəcəkləri UEFA Çempionlar Liqasının II təsnifat mərhələsinin ilk oyunundan əvvəl mətbuat konfransında deyib.

O, yaxşı komandaya qarşı oynayacaqlarını bildirib:

“Sürix” fərqli sistemlə çıxış edir. 90 dəqiqə meydanda diqqətli olmalıyıq. Biz rəqibi tam yaxından tanımırıq. Oyunun gedişində tanımağa başlayacağıq. İsveçrə çempionuna qarşı oynayacağıq. Sona 4 tur qalmış çempionluğu təmin etmişdilər. Bu da onların potensialında xəbər verir. Müdafiədə həddindən artıq diqqətli olmalıyıq. Rəqibin əks-hücumlarına da hazır olmalıyıq”.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Pensiya alanlara ŞAD XƏBƏR

  • 08.05.2024 - 13:44
image

Bu gün 4 rayonda qaz olmayacaq

  • 07.05.2024 - 11:25
image

Messi yeni rekorda imza atıb

  • 06.05.2024 - 19:32