Bazar ertəsi, 29 Aprel

Vətən müharibəsi şəhidinin övladı həkim səhlənkarlığının qurbanı olub? - YENİLƏNİB

image

Azərbaycan Silahlı Qüvvələrinin kapitanı, Vətən müharibəsi şəhidi Həmid Cəfərlinin övladının faciəvi şəkildə ölümü ilə bağlı detallar bəlli olub.  

Məsələ ilə əlaqədar açıqlama verən vəfat edən uşağın yaxın qohumları qeyd ediblər ki, Hüseyn xəstəxanaya yeriyərək gedib və onun səhhətində öskürəkdən başqa heç bir problem olmayıb: “Həkim müdaxilə zamanı uşağı ayağından tərs şəkildə tutmağı tələb edib və qaşıqla onun bozağındakı şokolad kağızını çıxarmaq istəyərkən qida borusu deşilib. Müdaxilə zaman Hüseyn keçinib”.

Gəncə Birləşmiş Şəhər Xəstəxanasının tabeliyində olan Uşaq xəstəxanasından Oxu.az-a verilən açıqlamada isə bildirilib ki, uşaq xəstəxanaya ölümcül vəziyyətdə gətirilib:

“Həkimlər yardım ediblər, lakin xilas etmək mümkün olmayıb”.

Xəstəxanadan Hüseyn Cəfərliyə müdaxilə edən həkimin adını öyrənməyə çalışsaq da bu, mümkün olmayıb.

TƏBİB-dən Oxu.az-a verilən açıqlamada isə  bildirilib ki, Gəncə Birləşmiş Şəhər Xəstəxanasının tabeliyində olan Uşaq xəstəxanasına valideynləri tərəfindən 17.07.2022-ci il saat 22:00 radələrində aqonal vəziyyətdə uşaq (2017-ci il təvəllüdlü) gətirilib. Uşaq təcili olaraq həkimlər tərəfindən müayinə olunub və ona “mexaniki asfiksiya, tənəffüs yolunda yad cisim” şübhəsi ilə yardım göstərilib. Göstərilən yardımlara baxmayaraq, uşaq saat 22:20 radələrində vəfat edib.

09:08

Azərbaycan Silahlı Qüvvələrinin kapitanı, Vətən müharibəsi şəhidi Həmid Cəfərlinin övladı faciəvi şəkildə ölüb.

Əldə etdiyimiz məlumata əsasən, hadisə Gəncə şəhərində baş verib.

Belə ki, 2017-ci il təvəllüdlü Hüseyn Cəfərli 17 iyul tarixində axşam radələrində şokolad kağızının qida borusunda qalması şübhəsi ilə xəstəxanaya gətirilib.

Müayinə zamanı azyaşlının nəfəs borusunu yad cismin deşməsi nəticəsində öldüyü müəyyən olunub. 

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Bazar günü imtahan olacaq

  • 29.04.2024 - 14:15
image

Sabah hava necə olacaq?

  • 27.04.2024 - 10:57
image

Mayda bu 3 bürc varlanacaq

  • 26.04.2024 - 21:42
image

Blinken Szinpinlə görüşdü

  • 26.04.2024 - 14:55