Şənbə, 18 May

Putin Xarkovun ələ keçirilməsi barədə əmr verib

image

Rusiyanın Ukraynaya genişmiqyaslı hərbi müdaxiləsinin beşinci ayında təcavüzkar ölkənin prezidenti Vladimir Putin Xarkov və Xarkov vilayətinin işğal olunmamış hissəsini ələ keçirmək əmrini verib. 

Xəbər verilir ki, bu barədə Müharibə Araşdırma İnstitutunun (ISW) gündəlik hesabatında bəhs olunur. ISW analitikləri qeyd edirlər ki, hələlik Putinin Xarkovu və regionu ələ keçirmək əmrinə dəlalət edə biləcək yalnız nəzəri sübutlar var. Onların fikrincə, ruslar iyunun 26-dan etibarən Xarkovdan şimalda yerləşən və Rusiya Federasiyasını Ukraynanın hücumundan qorumaq üçün məhdud əhəmiyyətə malik Dementyevka kəndini tutmağa çalışırlar. Bundan əlavə, Ukrayna hərbi kəşfiyyatı səs yazılarını ələ keçiriblər.

Bu səs yazılarında rus hərbi komandirləri məruz qaldığıqları itkilərə əhəmiyyət verməməsindən və yalnız Xarkova çatmaq istəyindən şikayətlənir. ISW həmçinin qeyd edib ki, Xarkov vilayətinin müvəqqəti işğal olunmuş ərazilərindən olan rus qauleitləri “LXR”-dən olan terror təşkilatının liderləri ilə əməkdaşlığa başlayıblar ki, bu da Rusiyanın uzunmüddətli işğala şərait yaratmaq cəhdlərinə işarə edir. ISW analitikləri həmçinin hesab edirlər ki, ruslar Xarkovu və bütün regionu ələ keçirə bilməyəcəklər. Yaxın günlərdə onlar Xarkovdan şimala doğru hücum cəhdlərini ardıcıl surətdə gücləndirəcək, lakin çətin ki, hər hansı ciddi ərazi qazancı əldə etsinlər.

ISW əlavə edib ki, Rusiya Federasiyası bütün cəbhə xətti boyunca artilleriyadan atəş açmağa davam edir. Xarkov vilayətində vəziyyət İyulun 17-si səhər saatlarına olan məlumata görə, Xarkov istiqamətində düşmən işğal olunmuş xətləri saxlamağa çalışır. Petrovka, Rodnoe, Sosnovka, Slatino, Prişib, Ruskie Tişki, Pitomnik, Yuxarı Saltov və s. yaşayış məntəqələri intensiv atəşə tutulub. “Orlan-10” PUA-nın hava kəşfiyyatı həyata keçirilib. Ukrayna qoşunlarının mövqelərindəki dəyişiklikləri aşkar etmək və atəşi tənzimləmək məqsədilə işğalçılar əməliyyat-taktiki və taktiki səviyyəli PUA-ların havadan kəşfiyyatını həyata keçiriblər. Düşmən mövqeləri mühəndis qurğuları ilə gücləndirməkdə davam edirlər. Xarkov – Ukraynanın ilk paytaxtı İlk paytaxt – Xarkov şəhərinin qeyri-rəsmi adıdır. 1919-cu il dekabrın 19-da şəhər yeni yaradılmış Ukrayna Sovet Respublikasının (sonralar SSRİ-nin tərkibində Ukrayna Sovet Sosialist Respublikası) rəsmi paytaxtı elan edilib. Kiyev Ukraynanın paytaxtı statusunu yalnız 1934-cü ildə alıb.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Zelenski Xarkova getdi

  • 16.05.2024 - 16:41