Cümə axşamı, 09 May

Putinin qızına yeni VƏZİFƏ VERİLDİ - FOTO

image

Putinin kiçik qızı Yekaterina Tixonova Rusiya Sənayeçilər və Sahibkarlar İttifaqının (RSPP) idxalın əvəzlənməsi və texnoloji müstəqillik üzrə koordinasiya şurasının sədri təyin edilib.

Xəbər verilir ki, bu barədə  RSPP-nin mətbuat xidməti məlumat yayıb.

Bildirilir ki, yeni şura “RSPP orqanlarının idxalın əvəzlənməsi üzrə işini əlaqələndirmək, idxal olunan avadanlığın Rusiya ilə əvəz edilməsi üzrə uğurlu təcrübələri ümumiləşdirmək, habelə bu sahədə dövlət siyasətinin həyata keçirilməsi üçün təklif hazırlamaq məqsədi ilə yaradılıb”.

Həmçinin, Tixonova 2020-ci ildənLomonosov adına Moskva Dövlət Universitetinin Süni İntellekt və İntellektual Sistemlərin Təkmilləşdirilməsi İnstitutuna rəhbərlik edir. Bundan əlavə, o, "İnnopraktika" fondunun rəhbəridir.

Xatırladaq ki, Rusiyanın Ukraynaya müdaxiləsindən sonra ABŞ və Avropa İttifaqı Tixonova və Putinin digərqızı Mariya Vorontsovaya qarşı sanksiyalar tətbiq edib.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Pensiya alanlara ŞAD XƏBƏR

  • 08.05.2024 - 13:44
image

Bu gün 4 rayonda qaz olmayacaq

  • 07.05.2024 - 11:25
image

Messi yeni rekorda imza atıb

  • 06.05.2024 - 19:32